Azərbaycan dilindəIn EnglishПо-русски

"SMS Şans" kampaniyası

01.03.2009 – 21.05.2009 tarixləri arasında bütün Azercell abonentləri üçün “SMS Şans” kampaniyası keçirilir.

Daha çox yazın – daha çox qazanın! İlk 8 tirajın hər birində 331 qalib toplam 21.000 manat qazanacaq. Üstəlik 5 tirajın hər birində 50 qalib türk estradasının ulduz müğannilərinin konsertlərinə ikinəfərlik bilet qazanacaq!

İştirak şərtləri

Azercell-in hər bir abonenti MesajCELL xidmətindən istifadə edərək istənilən ünvana (InfoCELL on SMS (7000), ZəngEtCELL (7700), HazırMesajCELL (7080) və Dil seçimi (0 və 9103300) xidmətlərinin qeyd olunan nömrələri və bütün qısa nömrələr istisna olmaq şərti ilə) qısa mesaj göndərərək “SMS Şans” kampaniyasının iştirakçısına çevrilir.

Tirajların keçirilməsi

Kampaniyanın qalibləri Azercell tərəfindən təşkil olunacaq 10 tiraj vasitəsilə müəyyən ediləcək.

Həmin tirajlar aşağıda qeyd olunan tarixlərdə Bakı şəhəri, Tbilisi prospekti, 61A ünvanında yerləşən Azercell-in baş ofisində keçiriləcəkdir:

05.03.2009 tirajın nəticələri
12.03.2009 tirajın nəticələri
19.03.2009 tirajın nəticələri
26.03.2009 tirajın nəticələri
02.04.2009 tirajın nəticələri
09.04.2009 tirajın nəticələri
17.04.2009 tirajın nəticələri
23.04.2009 tirajın nəticələri
29.04.2009 tirajın nəticələri
19.05.2009 tirajın nəticələri

Aşağıdakı cədvəldə qeyd olunmuş tarixdə keçiriləcək tirajda müvafiq zaman dövrü ərzində qısa mesaj göndərən hər bir nömrə iştirak edir. Hər nömrə müvafiq zaman dövrü ərzində göndərdiyi qısa mesajlara bərabər sayda əlaqədar tirajda iştirak edir.

Tirajın tarixi Zaman dövrü
05.03.2009 01.03.2009 00:00 – 04.03.2009 23:59
12.03.2009 05.03.2009 00:00 – 11.03.2009 23:59
19.03.2009 12.03.2009 00:00 – 18.03.2009 23:59
26.03.2009 19.03.2009 00:00 – 25.03.2009 23:59
02.04.2009 26.03.2009 00:00 – 01.04.2009 23:59
09.04.2009 02.04.2009 00:00 – 08.04.2009 23:59
17.04.2009 09.04.2009 00:00 – 15.04.2009 23:59
23.04.2009 16.04.2009 00:00 – 22.04.2009 23:59
29.04.2009 23.04.2009 00:00 – 28.04.2009 23:59
19.05.2009 29.04.2009 00:00 – 18.05.2009 23:59

Uduşlar

Kampaniya çərçivəsində keçirilən müvafiq tirajda:

  • Birinci yer tutmuş hər nömrənin abonentinə 3.000 manat;
  • İkinci yer tutmuş hər nömrənin abonentinə 300 manat;
  • Üçüncü yer tutmuş hər nömrənin abonentinə 30 manat;
  • Xüsusi uduşu qazanmış hər nömrənin abonentinə aşağıdakı cədvələ uyğun olaraq, müvafiq konsertə 2 ədəd bilet Azercell tərəfindən təqdim olunur.
Tirajın tarixi Konsertdə çıxış edəcək müğənni Konsert keçiriləcək tarix
05.03.2009 Sibel Can 08.03.2009
26.03.2009 Serdar Ortac 28.03.2009
17.04.2009 Murat Boz 01.06.2009
29.04.2009 Hadise 01.05.2009
19.05.2009 Ferhat Göçer 21.05.2009

Yuxarıdakı cədvəldə qeyd olunan konsertlər Bakı şəhərində Heydər Əliyev adına sarayda keçiriləcək.
Konsertə bilet – uduşların əvəzində pul verilmir.

Uduşları necə almaq olar

Qaliblər (şəxsiyyətini təsdiq edən sənədlə) Azercell-in ofislərinə 30.09.2009 tarixindən gec olmayaraq müraciət edərək, pul uduşları ala bilərlər. (Ofislərin dəqiq ünvanları əlavə edilmiş qoşmadan əldə edə bilərsiniz)

Qaliblər (şəxsiyyətini təsdiq edən sənədlə) Bakı şəhəri, Bəsti Bağırova küç., 2 ünvanında yerləşən Azercell-in “Müştəri Xidmətləri” ofisinə müvafiq konsertin keçirilmə tarixinin saat 18:00-ından gec olmayaraq müraciət edərək, konsertə bilet – uduşları ala bilərlər.

Keçirilmiş tirajların nəticələri haqqında məlumat Kütləvi İnformasiya Vasitələrində rəsmi elanlar və internetdə www.azercell.com ünvanında yerləşən veb-saytında vasitəsi ilə açıqlanacaq.

Qaydalar

smschance_guide.doc
Kampaniyanın rəsmi qaydaları

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr