Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell-dən Xallar” kampaniyası

İndi sadə ünsiyyət Sizə həmçinin xallar qazandırır.

Toplanmış xalları isə əlavə ünsiyyətə çevirmək olur!

Xalları nəcə qazanmaq olar?

  • SimSim abonentisinizsə - SimSim danışıq kartları yüklədikdə.
  • Azercell Fakturalı Xətt abonentisinizsə - hesab-faktura üzrə ödəmə apardıqda.

Xalların toplanılması

SimSim Qazanılan xallar
1 AZN SimSim danışıq kartı 5 xal
2 AZN SimSim danışıq kartı 10 xal
5 AZN SimSim danışıq kartı 25 xal
10 AZN SimSim danışıq kartı 50 xal
20 AZN SimSim danışıq kartı 100 xal
40 AZN SimSim danışıq kartı 200 xal
Azercell Fakturalı Xətt Qazanılan xallar
1 AZN 5 xal

Qazanılmış xallar üzrə balansı öyrənmək üçün BALANS sözünü yazıb, SMS-lə 9333 qısa nömrəsinə göndərin.

Əlavə olaraq, Azercell Fakturalı Xətt abonentləri qazanılmış xallar üzrə balansı aylıq hesab-fakturada görə bilərlər.

Xalları necə əlavə ünsiyyətə çevirmək olar?

Qazanılmış xalları Azercell tərəfindən təqdim edilən xidmətlərin istifadəsinə sərf olunacaq konturlara və ya pul məbləğinə dəyişmək üçün müvafiq olaraq SimSim və ya Fakturalı Xətt abonentləri 9333 qısa nömrəsinə AZN və seçdikləri nominalın rəqəmini yazıb göndərməlidir. (Misal üçün: AZN 5, AZN 10 və s.)

Xalların dəyişdirilməsi

SimSim Hədiyyə əsas balans
konturların sayı
Mübadilə üçün 9333-ə
göndərilən açar sözü
500 xal 1300 AZN 5
1000 xal 3000 AZN 10
2000 xal 7000 AZN 20
4000 xal 14500 AZN 40
Azercell Fakturalı Xətt Avans hesabına otuzdurulan hədiyyə pul məbləği (ƏDV daxil) Mübadilə üçün 9333-ə göndərilən açar sözü
1000 xal 10 AZN AZN 10
2000 xal 20 AZN AZN 20
4000 xal 40 AZN AZN 40

Xalların telefonlara dəyişdirilməsi


Samsung C270

Samsung E2100
4400 xal
5400 xal

Tariflər:

9333 nömrəsinə göndərilən hər bir istəyin qiyməti

  • Azercell Fakturalı Xətt abonentləri üçün 0,01 AZN
  • SimSim abonentləri üçün 1 konturdur.

Qeydlər:

  • Kampaniyada bütün Azercell abonentləri iştirak edir
  • Kampaniyanın başlanma tarixi 23.07.09
  • 12 noyabr 2009-cu il tarixindən etibarən kampaniya çərçivəsində xallar 1 AZN və 2 AZN nominalında olan hədiyyə kontularına dəyişdirilmir.
  • 25.11.2009-cu il tarixdən etibarən “Azercell-dən Xallar” kampaniyası çərçivəsində xallar əvəzində dəyişdirilən konturlar barədə məlumat öz əksini KonturCELL xidmətinin əsas balansında tapacaqdır.
  • Kampaniya zamanı Azercell Fakturalı Xətt abonentləri tərəfindən bütün ödəmə üsulları ilə edilmiş ödənişlər, SimSim abonentləri tərəfindən isə bütün SimSim danışıq kartları vasitəsilə yüklənmiş konturlar nəzərə alınır. Digər üsullarla yüklənilmiş konturlar birbaşa abonent tərəfindən müvafiq əməliyyat nəticəsində bir dəfəyə yüklənən kontur sayı kampaniyanın müddəti ərzində satışda olan hər hansı SimSim danışıq kartının nominalına bərabər olduqda, kampaniyada nəzərə alınır
  • Xallar hesab-faktura üzrə odəniş aparılandan və ya SimSim danışıq kartları yükləndikdən sonra 24 saat ərzində balansa əlavə olunur
  • Xallar müqabilində Fakturalı Xətt abonentlərinin avans hesablarına otuzdurulan pul məbləğinin son istifadə tarixi limitsizdir və bütün istiqamətlərdə zənglər və xidmətlər üzrə müvafiq tarif paketinə uyğun olaraq istifadə oluna bilər
  • SimSim abonentləri tərəfindən yığılmış xallar müqabilində yüklənilən konturların istifadə müddəti həmin an qüvvədə olan SimSim danışıq kartının istifadə müddətinə uyğundur və bu istifadə müddəti ərzində istənilən vaxtda, istənilən xidmət üzrə istifadə oluna bilər
  • Yığılmış xalların müqabilində balansa kontur və ya pul məbləği gün ərzində yalnız bir dəfə almaq mümkündür
  • Qazanılmış xallar müqabilində alınmış pul məbləği və konturlar əsasında “Azercell-dən Xallar” kampaniyası çərçivəsində təkrarən xallar verilmir
  • Azercell Fakturalı Xətt sistemindən SimSim-ə keçdikdə və ya əksinə, abonentin balansında mövcud olan xallar abonentin balansına müvafiq sistem qaydalarına uyğun olaraq hesablanaraq keçiriləcək
  • Qazanılmış xallar müqabilində Azercell Fakturalı Xətt abonentləri tərəfindən alınmış xidmətlərin istifadəsinə sərf olunacaq pul məbləği abonentlərinin hesablarına yalnız avans şəklində otuzdurulur və abonentlərə nəğd pul şəklində ödənilmir
  • Toplanıla biləcək maksimum xal sayı 999,999-dur. Xalların toplanılmasını davam etdirmək üçün toplanılmış xallar pul məbləği və ya konturlara mübadilə olunmalıdır.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr