"Xallarını telefona çevir!" kampaniyasıİndi Azercell abonentləri “Azercell-dən Xallar” kampaniyası çərçivəsində toplanılmış xalları mobil telefona dəyişmək imkanı əldə edir!
15.12.2009 tarixindən etibarən “Azercell-dən Xallar” kampaniyası çərçivəsində abonentlərə yeni təklif təqdim ediləcək - “Azercell-dən Xallar” kampaniyası müddətində kifayət qədər xal toplayan abonentlər bu xalları “Telefon” mağazalar şəbəkəsində Samsung C270 telefon modellənə dəyişə bilərlər.
Telefonların dəyəri xallar ilə aşağıdakı kimidir:
- Samsung C270 – 4400 xal
- Samsung E2100 – 5400 xal (Diqqət! Göstərilən model telefonlar hal-hazırda bitib.)

Kampaniyadan yararlanmaq üçün nə etməli
- 9333 nömrəsinə BALANS sözünü göndərin və balansınızda kifayət qədər xal olub-olmadığını yoxlayın;
- 9333 nömrəsinə KOD sözünü göndərin və müqabilində unikal kod alın (9333 qısa nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 1 kontur və ya 0.01 AZN təşkil edir). Bu kod bir ay etibarlı olacaq. Bir aydan sonra yeni kod almaq üçün yenidən 9333 nömrəsinə KOD sözünü göndərməlisiniz;
- “Telefon” mağazalarından birinə yaxınlaşıb unikal kodu və seçdiyiniz telefon modelini satıcıya bildirin.
- Məlumat yoxlanıldıqdan sonra balansınızda yetərincə xal olduqda balansınızdan xallar silinir. Bu haqda Sizə Azercell-dən avtomatik mesaj daxil olur. Sizə seçdiyiniz telefon modeli ilə birlikdə hədiyyə telefon nömrəsi təqdim edilir (telefon nömrəsində 1000 əsas balans konturları, 1000 gecə konturları, 50 SMS və 5 MGB GPRS yüklənmiş olur);
Digər şərtlər
- Kampaniya müddətində bir abonent yalnız bir telefon ala bilər;
- Kampaniyada korporativ nömrələr iştirak edə bilməz;
- Telefonu almaq üçün şəxsiyyətinizi təsdiq edən sənəd təqdim edilməlidir.
"Telefon" mağazalarının ünvanları
Bakı şəhəri
Nəsimi rayonu, M. Mirqasımov küç. 10/55
Yasamal rayonu, Firuddin Ağayev küç. 14
Nəsimi rayonu, Füzuli küç. 77
Nəsimi rayonu, Azadlıq pr-ti 21
Xətai rayonu, Sarayevo küç. 2324
Nizami rayonu, Q.Qarayev küç. 74
Binəqədi rayonu, Z.Bünyatov küç. 1
Səbail rayonu, Əlyarbəyov küç. 9
Yasamal rayonu, Şərifzadə küç. 148
Nərimanov rayonu, Təbriz küç. 95
Nəsimi rayonu, 28 May küç. 52
Səbail rayonu, Xəqani küç. 31
Sumqayıt şəhəri
2-ci mk-n, N.Nərimanov küç.
3-cü mk-n, Sülh küç.
-ci mk-n, Sülh küç.
17-ci mk-n, Məhərrəmov küç.
|