Azərbaycan dilindəIn EnglishПо-русски
MaksimumGenc

Sərfəli ünsiyyət, çeşidli güzəşt və endirimlər təqdim edən Sərbəstlik Dünyasıdır!

Maksimum Gənc proqramına qoşulan abonentləri inanılmaz hədiyyələr və güzəştlər gözləyir. Belə ki, Maksimum Gənc proqramına üzv olan hər abonent pulsuz 77 SMS, 77 MMS77 kontur əldə edir!
Gələcəkdə isə Maksimum Gənc proqramının üzvləri bir çox əlverişli güzəşt və endirimlər gözləyir.

Maksimum Gənc-ə necə qoşulmaq olar

Maksimum Gənc-ə qoşulmaq üçün sadəcə maksimum genc sözünü yazıb 7777 nömrəsinə göndərin!

Maksimum Gənc-ə qoşulmaqla balansınıza avtomatik olaraq pulsuz 77 SMS77 MMS əlavə olunur. Eyni zamanda Sizə 10- rəqəmli unikal şifrə təqdim edilir. Şifrəni itirməyin! Məhz bu şifrə vasitəsilə Siz gələcəkdə müxtəlif endirim və güzəştlər əldə edəcəksiniz.

Pulsuz 77 kontur qazanmaq şansını əldə etmək üçün daxil olan bildiriş mesajına cavab olaraq cinsiniz və doğum tarixiniz barədə məlumatı düzgün formatda (misal üçün: k,25.01.1985) 7777 nömrəsinə göndərin.

İstənilən SimSim abonentinə SMS vasitəsilə Maksimum Gənc-ə qoşulmaq dəvəti göndərmək olar. Bunun üçün həmin abonentin mobil nömrəsi SMS-lə 7777 nömrəsinə göndərilməlidir.

Maksimum Gənc-də cari kampaniyalar

BigMak" menyu al - 2-cisini PULSUZ əldə et!

“Əli və Nino” kitab evində inanılmaz endirimlər!

Ad günü tortunu AZZA-dan al – “dadlı” endirim əldə et!

Dostlarla əyləncəli anlar!

Xüsusi Maksimum Gənc seansı

1 SMS paketini sifariş et - 2-cisini PULSUZ al!

1 GPRS paketini sifariş et - 2-cisini PULSUZ al!

Maksimum Gənclər üçün cari kampaniyalar barədə necə məlumat almaq olar?

Maksimum Gənclər üçün cari kampaniyalar barədə məlumat almaq üçün KAMPANİYALAR sözünü SMS vasitəsilə 7777 nömrəsinə göndərin.

Maksimum Gənc proqramından istifadə şərtləri:

Maksimum Gənc proqramından hələlik yalnız SimSim abonentləri yararlana bilərlər.

Hədiyyə olaraq verilən pulsuz 77 SMS77 MMS yalnız Azercell şəbəkəsində istifadə üçün nəzərdə tutulub. İstifadə müddəti 30 gündür.

Hər Maksimum Gənc abonentinə SMS vasitəsilə təqdim olunan 10- rəqəmli unikal şifrə gələcəkdə təqdim olunan bonus və güzəştlər üçün tətbiq ediləcəkdir.

Abonent Maksimum Gənc-ə qoşulduqdan yalnız 15 gün sonra proqramdan imtina edə bilər. Abonent Maksimum Gənc proqramından imtina etdiyindən yalnız 30 gün sonra proqrama yenidən qoşula bilər (ilk qoşulmada hədiyyə olaraq verilən pulsuz 77 SMS, 77 MMS77 kontur növbəti qoşulmalarda təqdim olunmur)

7777 qisa nömrəsinə göndərilən SMS-in qiyməti - 1 kontur.

Maksimum Gənc–dən necə imtina etmək olar?

Maksimum Gənc proqramından imtina etmək üçün STOP sozunu yazıb 7777 göndərin.


Reklam çarxını yüklə


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr