Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell”dən inanilmaz imkanlara malik “Qizil nömrə” və telefon” kampaniyasi

“Azercell Telekom” BM yeni “Qızıl nömrə” və Telefon” adlı kampaniyaya başlayıb. Kampaniyaya mövcud “Azercell” abonentlərilə yanaşı, bu ailəyə daxil olmağı arzulayan istənilən şəxslər qoşula bilər. Dekabrın 14-dən start götürən “Qızıl nömrə” və Telefon” kampaniyasının müddəti 1 ildir.

Kampaniya çərçivəsində Samsung SGH-i710, Samsung SGH-G600, Nokia 6500, Nokia 6120, Sony-Ericsson P1, Sony-Ericsson K810 markalı telefonları alan şəxslər “Azercell” tərəfindən ağlasığmaz hədiyyələrə sahib olacaqlar. Adıçəkilən markalı telefonları əldə edən şəxslər (050) 233- (050) 234 seriyasından ibarət olan qızıl nömrələrin sahibinə çevriləcək. Bundan əlavə həmin bu şəxslər Optimist tarif paketini, 60 dəqiqə pulsuz şəbəkədaxili danışıq imkanını və Daimi GizlətCELL (SOCLIR) xidmətini əldə edəcəklər.

Onu da qeyd etmək lazımdır ki nömrələrin sayı məhdud olduğuna görə bu imkanlardan yararlanmaq istəyənlərə tələsmək tövsiyyə edilir. Kampaniyaya Azercell Ekspres ofislərində və aşağıdakı ünvanlarda qoşulmaq olar: World Telecom (Bül-Bül küç. 26) , I and R (Rəsulzadə küç. 8), Nokia Concept Store (Füzuli küç.49), Turkan Telekom (Gəncə şəhəri, Atatürk prospekti 247), CahanCell (Naxcıvan şəhəri, H. Əliyev prospekti 40)


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr