Azərbaycan dilindəIn EnglishПо-русски

Eksklüziv endirim zonası

“Azercell Telekom” şirkəti növbəti bir ilkə imza ataraq Azərbaycanda ilk dəfə olaraq “Ekskyüziv endirim zonası” endirim kampaniyasını həyata keçirir. Bu kampaniya dövründə bütün Azercell abonentləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində (AEROP1,AEROP2,AEROP3,ARIND1 radio-baza stansiyaları ərazisində) ölkədaxili tariflərlə dünyanın istənilən istiqamətində zənglər etmək imkanı əldə edir.

“Ekskyüziv endirim zonası” kampaniyasının əsas məqsədi Azərbaycanın hava məkanından giriş-çıxışı olan limanının ərazisində Azercell abonentlərinə daha rahat və intensiv ünsiyyətdə olması üçün sərfəli şərait yaratmaqdır.

Martın 19-dan başlayan kampaniya iyunun 30-na qədər davam edəcək. Kampaniya müddətində hava limanından “Azercell” abonentinin etdiyi zəng (peyk operatorları xaric) onun tarif paketinə uyğun, adi ölkədaxili – şəbəkə xarici zəng kimi qiymətləndiriləcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr