"Yubiley hədiyyələri" kampaniyası
1 iyun – 31 avqust 2008-çi il tarixləri arasında Azercell Telekom MMC bütün abonentləri üçün “Yubiley hədiyyələri” kampaniyası adlı ani lotereya keçirir.
İştirak edib, dəyərli hədiyyə qazanma şansı əldə edin.
Kampaniyada oynanılan hədiyyələr
10 ədəd Toyota Corolla avtomobili |
2800 ədəd 10 manat, 3000 ədəd 20 manat, 1800 ədəd 40 manat, 400 ədəd 100 manat, 200 ədəd 200 manat balansa hədiyyə yükləməklə, həmin məbləğ çərçivəsində müvafiq Azercell xidmətlərindən istifadə |
530000 ədəd 360 kontur, 87500 ədəd 1000 kontur, 93300 ədəd 2500 kontur, 15000 ədəd 5500 kontur, 7300 ədəd 11500 kontur. Bundan başqa uduşlu kontur kartlarındakı 3-çü sətir Maksimum proqramının üzvlərinə hədiyyə konturların əlavə 10%-ni qazandırır. |
Hədiyyələri necə almaq olar
Toyota Corolla avtomobili hədiyyəsini almaq üçün uduşlu kart 31 yanvar 2009-cu il tarixindən gec olmamaq şərti ilə Bakıda Azercell-in baş ofisinə, bölgələrdə isə Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinin birinə təqdim edilməlidir.
Uduşlu kart ilkin olaraq, təqdim olunduqdan sonra hədiyyə Azercell tərəfindən bildirilən vaxt, 30 (otuz) iş günündən gec olmayaraq, təqdim olunur. Uduşlu kart onu təqdim edən şəxsdə qalır və hədiyyə təqdim olunarkən Azərcell-ə təhvil verilir. Toyota Corolla avtomobili hədiyyəsi yalnız Azercell-in baş ofisində təqdim olunacaq.
Digər hədiyyələrin, yəni balansa hədiyyə və kontur hədiyyələrin 13-rəqəmli şifrəsi bilavasitə şifrə və hədiyyə pəncərəsində göstərilir. Balansa hədiyyə qazanmış hər bir şəxs bu hədiyyəni Azercell GSM nömrəsinin balansına 650CELL və ya YükləCELL xidmətləri vasitəsilə yükləyə bilər. Kontur qazanmış hər bir şəxs bu hədiyyə konturlarını balansına 1001CELL, 101CELL və ya YükləCELL xidmətləri vasitəsilə yükləyə bilər. “Maksimum” proqramının iştirakçısı üçün nəzərdə tutulan konturları qazanmış hər bir şəxs bu hədiyyə konturlarını balansına üçüncü 13-rəqəmli şifrəni 7777 qısa nömrəsinə göndərməklə yükləyə bilər. Uduşlu konturlar kontur istifadə müddətini artırmır. Balansa yüklənilən sonuncu – nominalı ən böyük olan – SimSim danışıq kartının istifadə müddəti qüvvədə qalır.
|