Azərbaycan dilindəIn EnglishПо-русски
Gənc-Sim çünki gəncsən

GəncSim — bir çox güzəştləri özündə cəmləşdirən, gənclər üçün nəzərdə tutulmuş tarif paketidir. GəncSim tarif paketində SMS, MMS, GPRS xidmətləri inanılmaz güzəştlərlə təqdim edilir.

Məsələn, GəncSim abonentləri 1 SMS üçün cəmi 8 kontur, 10 KB İnternet və WAP trafiki üçün 2 kontur, 1 MMS üçün 16 kontur ödəyirlər. SimSim tarifləri ilə müqayisədə güzəştlər müvafiq olaraq 27, 33 və 27% təşkil edir.

GəncSim tarif paketində istirahət günlərində edilən zənglər üçün də güzəştlər nəzərdə tutulub: şənbə və bazar günlərində edilən zənglər 4 saniyə = 3 kontur kimi hesablanır. Əlavə olaraq GəncSim abonentləri aylıq hədiyyələrdən də faydalanırlar. Onlar hər ay pulsuz 15 SMS, 2 MMS, 500 KB İnternet və ya WAP trafikindən istifadə edə bilərlər.

Qeyd: Nömrəniz abonentlik dövrü bitdiyinə görə ləğv olunubsa, Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə yaxınlaşaraq, nömrənizi pulsuz olaraq aktiv edə bilərsiniz. Nömrə bərpa edildikdən sonra 1 saat ərzində nömrənizin balansına 500 kontur yükləniləcək. Hədiyyə- konturların istifadə müddəti 150 gündür. Bu imkandan hər abonent ildə 1 dəfə istifadə edə biləcək.

Tariflər

Xidmət SimSim (kontur) GəncSim(kontur) Güzəşt, %
1 SMS 11 8 27
1 Rəngli SMS 15 11 27
WAP və İnternet (GPRS və EDGE üzərindən, hər 10 KB üçün) 3 2 33
1 MMS 22 16 27
7090* — Oyunlar (1 SMS üçün) 500 250 50

*7090 xidməti haqqında daha ətraflı: www.mesaj.az.

Azercell şəbəkədaxili zənglər

Həftənin günü Hesablanma intervalı (saniyə) Qiymət (kontur)
Bazar ertəsi-cümə 4 4
Şənbə-bazar 4 3

Digər yerli şəbəkə abonentlərinə zənglər

Həftənin günü Hesablanma intervalı (saniyə) Qiymət (kontur)
Bazar ertəsi-cümə 4 5
Şənbə-bazar 4 3

1-ci dəqiqədən sonra hər 1 saniyə üçün 1 kontur hesablanır.

Azərbaycan daxilində zənglər

10 saniyədən qısa zənglər üçün 10 kontur hesablanma qaydası tətbiq edilmir.

Dost-tanış nömrələrinə zənglər

Həftənin bütün günləri 3 saniyə — 1 kontur. 8080-ə göndərilən hər qısa mesajın qiyməti — 100 kontur.

Digər qısa nömrələrə edilən zənglər və göndərilən qısa mesajlar, beynəlxalq zənglər, digər şəbəkələrin qısa nömrələrinə edilən zənglərin qiyməti SimSim tarifləri ilə eynidir.

GəncSim tarifinə qoşulma qaydaları

GəncSim tarifinə SimSim və Bizdən Bizə abonentləri keçə bilər. Abonent GəncSim-ə keçdikdə, o, hər hansı bir SimSim kampaniyasında daha iştirak etmir (həmin kampaniyanın şərtlərində GəncSim abonentlərinə dair qeyd olmasa).

Öncədən kontur yüklənmiş yeni nömrə alan SimSim abonentləri, GəncSim-ə keçmədən öncə 1001-ə zəng vurub dil seçimi etməlidirlər.

GəncSim tarifinə keçmək üçün GencSim yazıb SMS-lə 7575 (11 kontur) nömrəsinə göndərmək lazımdır. Abonentə GəncSim tarifinə keçdiyi haqda təsdiq mesajı gələcək.

Abonent 7 gün davamlı olaraq GəncSim tarifindən istifadə etdikdən sonra, SimSim və ya Bizdən Bizə tarifinə qayıda bilər. Bunun üçün müvafiq olaraq SimSim və Bizden Bize yazıb, SMS-lə 7575 nömrəsinə göndərmək kifayətdir. Abonentə tarif paketini dəyişdiyi haqda təsdiq mesajı gələcək. Həmin andan 60 gün keçdikdən sonra, abonent növbəti dəfə GəncSim tarifinə qoşula bilər.

GəncSim-də konturyükləmə üsulları və danışıq kartları SimSim ilə eynidir.

GəncSim tarifinə keçid haqda qısa mesaj alınan gündən etibarən, hər 30 günlük müddət bir ay kimi hesab edilir. Cari ayda istifadə edilməyən hədiyyələr növbəti aya keçmir. Son yüklənmiş danışıq kartının istifadə müddəti bitdikdən sonra hədiyyələrdən istifadə etmək mümkün deyil. Hədiyyə SMS və MMS-lər yalnız Azercell abonentlərinə göndərilə bilər, qısa nömrələrə və digər operatorların nömrələrinə isə göndərilə bilməz. Pulsuz 500 KB WAP/İnternet GPRS və EDGE üzərindən istifadə oluna bilər.

GPRS/EDGE üzərindən WAP/İnternet üçün hesablanma intervalı 10 KB-dır.

Daha ətraflı məlumat üçün Azercell Müştəri Xidmətlərinə müraciət edin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr