Azərbaycan dilindəIn EnglishПо-русски
Bizdən Bizə

Bizdən Bizə tarif paketi vasitəsilə şəbəkədaxili zənglərdə endirimlər əldə edə bilərsiniz. Həmçinin, Bizdən Bizə tarif paketi abonentlərinə şəbəkədaxili zənglərdə ilk 10 saniyənin bütöv qiymətləndirilməsi qaydası tətbiq edilmir.

Bizdən Bizə tarif paketinə SimSim və GəncSim abonentləri qoşula bilər. Bunun üçün, sadəcə, Bizden Bize yazıb 7575 nömrəsinə göndərin.

Qeyd: Nömrəniz abonentlik dövrü bitdiyinə görə ləğv olunubsa, Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə yaxınlaşaraq, nömrənizi pulsuz olaraq aktiv edə bilərsiniz. Nömrə bərpa edildikdən sonra 1 saat ərzində nömrənizin balansına 500 kontur yükləniləcək. Hədiyyə- konturların istifadə müddəti 150 gündür.Bu imkandan hər abonent ildə 1 dəfə istifadə edə biləcək.

Tariflər

Zəngin növu Hesablanma intervalı Pik saatları (8:00—0:00) Qeyri-pik saatları (0:00—8:00)
Şəbəkədaxili zənglər 2 san., 3 san. 1 kontur/2 san. 1 kontur/3 san.
“Dost-Tanış” nömrələrinə zənglər 3 san. 1 kontur/3 san. 1 kontur/3 san.
Digər yerli operator abonentlərinə zənglər 1 san.
1 kontur
1 kontur
Beynəlxalq zənglər və digər xidmətlər
SimSim tariff paketi ilə eyni

Bizdən Bizə tarifindən digər tariflərə keçid qaydaları

Bizdən Bizə tarif paketinə SimSim və GəncSim abonentləri keçə bilərlər. Yenidən SimSim və ya GəncSim tarifinə qayıtmaq üçün müvafiq olaraq, SimSim və ya GencSim yazıb, 7575 nömrəsinə (11 kontur)göndərin. GəncSim tarifinə keçmiş SimSim və Bizdən Bizə tarif paketi abonentləri 7 gün davamlı olaraq GəncSim tarifindən istifadə etdikdən sonra, SimSim və ya Bizdən Bizə tarifinə qayıda bilər. SimSim və ya GəncSim tarifinə qayıtmaq üçün müvafiq olaraq SimSimGencSim sözünü yazıb, 7575 nömrəsinə göndərmək kifayətdir. Lakin növbəti dəfə GəncSim tarifinə qoşulmaq 60 gün keçdikdən sonra mümkündür.

SimSim abonentləri üçün Bizdən Bizə tarif paketinə keçid və geri dönüşdə heç bir zaman məhdudiyyəti yoxdur.

Qeydlər: Abonentin hər hansı paketdə istifadə etdiyi güzəştlər və ya hər hansı bir kampaniyada aldığı hədiyyə konturların qalığı keçdiyi tarif paketinə (Bizdən Bizə və ya SimSim) əlavə olunur. Yalnız GəncSim abonentlərinin hər ay aldığı pulsuz SMS, MMS və GPRS xidmətlərinin tamamilə, ya da qalığı digər iki tarif paketinə keçildiyində sıfırlanır.

 


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr