Azərbaycan dilindəIn EnglishПо-русски

İnternet vasitəsilə ödəmə (WebÖdəməCELL)

Əgər siz Azercell abonenti və eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının müştərisisinizsə, WebÖdəməCELL xidmətindən istifadə edə bilərsiniz. Bu xidmət mobil telefon fakturalarınızı ödəmək, həmçinin, onlayn kontur yükləmək imkanı yaradır.

Xidmət sizin dəyərli vaxtınıza qənaət etməyə kömək edəcək.

Xidmətdən yararlanmaq üçün sizin kredit və ya debit kart, kompyuter (PC və ya laptop) və İnternet-ə çıxışınız olmalıdır.

Xidmətdən istifadə etmək üçün siz Azərbaycan Beynəlxalq Bankının hər hansı bir filialına müraciət edib müvafiq form doldurmalısınız. Formu doldurduqdan sonra, siz lazım olan proqram təminatı və xidmətin istifadəsinə aid təlimatlarla təchiz olunacaqsınız.

Daha ətraflı məlumat üçün Azərbaycan Beynəlxalq Bankına müraciət edin; tel.: 493-00-91, 493-68-23.

Xidmət barədə, həmçinin, Azercell Müştəri Xidmətlərinə müraciət edə bilərsiniz.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr