Azərbaycan dilindəIn EnglishПо-русски

Konturköçürmə (PayCELL)

PayCELL xidməti sayəsində Siz balansınızdan istədiyiniz SimSim abonentinin balansına 100 və ya 200 kontur köçürə bilərsiniz.

Balansına kontur köçürmək istədiyiniz SimSim abonentinin nömrəsini (050 (051) və ya 50 (51) və nömrə) yazıb SMS vasitəsilə 9200 (100 kontur üçün) və ya 9202 (200 kontur üçün)nömrəsinə göndərin.

Köçürməni Azercell-in Fakturalı Xətt abonenti etdikdə, onun hesabından 100 kontur üçün 0,40AZN, 200 kontur kontur köçürmə üçün 0,80AZN (ƏDV xaric) çıxarılaraq, həmin məbləğin kontur ekvivalenti olaraq 100 (200)kontur müvafiq SimSim abonentinin balansına köçürüləcək.

DİQQƏT! 22.01.2010 – 31.03.2010-cu il tarixləri arasında PayCELL xidmətindən istifadə imkanı gün ərzində 5 dəfə olacaq.

Xidmət haqqı

9200 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün – 0,04AZN (ƏDV xaric), SimSim abonentləri üçün 10 konturdur.

9202 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün – 0,08AZN (ƏDV xaric), SimSim abonentləri üçün 20 konturdur.

Qeydlər:

  1. Konturları hədiyyə alan abonentin nömrəsində mövcud konturlardan istifadə müddəti bitməyibsə, hədiyyə konturları balansa əlavə olunacaq və istifadə müddəti 5 gündən azdırsa, əlavə 5 gün müddətinə artırılacaq; istifadə müddəti 5 gündən artıqdırsa, bu müddət uzadılmayacaq.
  2. Konturları hədiyyə alan abonentin nömrəsi ikitərəfli bağlıdırsa, yəni konturlardan istifadə müddəti bitibsə, onda konturlar əlavə olunacaq və abonentin xətti 5 günlük açılacaq.
  3. Aşagıdakı hallarda:
    • 9200 nömrəsinə göndərilən SMS formatı səhvdirsə;
    • abonent günlük limitini (3 dəfə) bitirdikdən sonra kontur köçürməsinə dair əlavə istək göndərərsə,
    abonentin balansından çıxarılan 100 (200) kontur və ya 0,40AZN (0,80AZN),ƏDV xaric balansa geri köçürüləcək, istək mesajının haqqı (10/20 kontur və ya 0,04AZN/0,08 (ƏDV xaric) ) isə hesabdan tutulacaq.
  4. Hədiyyə konturları alan abonentin hər hansı bir xidmətdən istifadəyə görə (GizlətCELL, GizliCELL, SIM-kart dəyişikliyi və s.) borcu varsa, hədiyyə konturlar köçürüləcək, lakin mövcud konturlardan istifadə müddəti artırılmayacaq.
  5. Yeni Təsis edilmiş nömrələrə preaktiv konturlar yüklənilməmiş, dil seçimi edilməmiş başqa nömrədən PayCell xidməti vasitəsilə göndərilən konturlar yüklənilə bilməz. Eyni zamanda, Yeni Təsis edilmiş nömrələr, preaktiv konturları yüklədikdən sonra, yalnız növbəti gün (səhər saat 09:00-dan sonra) Paycell vasitəsilə göndərilən hədiyyə konturlar qəbul olunacaq.
  6. Yeni təsis olunmuş nömrə, preaktiv konturları yükləmədən, SimSim danışıq kartını yükləyərsə Paycell-dən gələn konturları yalnız 24 saatdan sonra ala bilər.
  7. SimSim nömrə statusundan asılı olmayaraq (yeni təsis, bərpa edilən ləğv edilmiş nömrə (yəni "resold" nömrə və s.) ən azı 1 danışıq kartı yüklədikdən sonra Paycell göndərə bilər (09.04.2009 etibarən). Bu cur nömrələr yalnız 1 gün sonra xidmətdən istifadə edə bilər (sistemdə 1 gün ərzində tanıdılması səbəbindən).
  8. Köçürmə bitdikdən sonra konturları köçürən və alan abonentlər müvafiq bildiriş mesajları alacaqlar.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr