Azərbaycan dilindəIn EnglishПо-русски

Konturların kreditə alınması

Təcili zəng etmək/mesaj göndərmək lazımdır, lakin balansınızda kifayət qədər kontur yoxdur və hər hansı bir səbəbdən danışıq kartı əldə etmək mümkün deyil?! SimKredit-in təklif etdiyi kreditdən faydalanın!

9150 nömrəsinə kredit sözünü SMS vasitəsilə göndərin, kreditə 250 kontur və ya 9250 nömrəsinə kredit sözünü göndərin, kreditə 350 kontur əldə edin.

Həmçinin, sadəcə olaraq ekrana *150#YES və ya *250#YES yığmaqla müvafiq olaraq 250 və ya 350 kontur kreditə almaq olar.

Xidmətdən, telefon xətti aktiv olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 AZN məbləğində kontur yükləmiş SimSim abonentləri istifadə edə bilərlər.

Kredit almaq üçün göndərilən bütün sorğular pulsuzdur. 250 kredit konturu üçün kreditdən istifadə haqqı 50, 350 kredit konturu üçün isə 70 konturdur.

Kreditə alınmış konturlar və kreditdən istifadə haqqı növbəti balansartırmadan sonra balansdan çıxılır.Balansa hansı nominallı SimSim danışıq kartı yükləndiyindən asılı olaraq kreditə alınmış konturların qaytarılması hissə-hissə həyata keçirilir. Konturlar balansdan çıxdıqda, abonent bu barədə bildiriş mesajı alır.

Qeyd: Balansın SimKredit konturlarla artırılması həmin an qüvvədə olan SimSim danışıq kartının müddətini dəyişdirmir.

İNDİ!

  • Sadəcə *155# YES yığmaqla və ya;
  • 9155 nömrəsinə kredit sözünü SMS vasitəsilə göndərməklə kreditə 500 kontur əldə edə bilərsiniz.

Xidmət haqqı:

  • Kreditdən istifadə haqqı - 100 kontur.
  • Toplam kreditin bağlanma qaydası - balansdan 30 dəfə hər gün 20 kontur çıxılır (maksimum müddət 60 gün).

İstədiyiniz vaxt info sözünü SMS vasitəsilə 9155 nömrəsinə göndərməklə borcunuzun olub-olmamasını öyrənə bilərsiniz.

Həmçinin, Siz istədiyiniz vaxt qalıq borcunuzu birdəfəyə ödəyə bilərsiniz. Bunun üçün 9155 nömrəsinə borc sözünü göndərin. Balansda kifayət qədər kontur olmazsa, qalıq borc SimSim danışıq kartı yüklənildikdən sonra silinəcək.

İstək mesajları pulsuzdur.

Qeydlər:

  • Kredit 60 gün ərzində tam bağlanmadığı təqdirdə qalıq borc tam olaraq balansdan silinəcəkdir. Balansda bunun üçün kifayət qədər kontur olmazsa, qalan borc SimSim danışıq kartı yüklənildikdən sonra silinəcək.
  • Xidmətdən telefon xətti açıq olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 manat məbləğində kontur yükləmiş SimSim abonentləri istifadə edə bilərlər. Son danışıq kartının balansa yüklənilmə tarixi 3 ay müddətindən çox olmamalıdır.
  • Balansın kredit konturlarla artırılması həmin an qüvvədə olan SimSim danışıq kartının müddətini artırmır.
  • Xidmətdən yalnız qalıq borc 200 kontura bərabər və ya ondan az olduğu halda yenidən istifadə etmək olar. Bu halda ilkin qaliq borc tam olaraq silinəcəkdir

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr