Maksimum Gənc abonentlərinə "Eurovision" müjdəsi!
08 fevral 2010
08.02.10 tarixindən etibarən 11 həftə ərzində keçirilən kampaniya çərçivəsində Maksimum Gənc abonentləri “Eurovision 2010” Mahnı müsabiqəsinə pulsuz bilet əldə etmək şansı qazanırlar. Bunun üçün 7778 qısa nömrəsinə boş sms göndərilməlidir. Göndərilən sms müqabilində hər bir iştirakçı pulsuz kontent əldə edir və kampaniyada iştrak etmiş olur.
Daha çox sms göndərən abonent daha çox şans əldə edir. Hər həftənin sonu rəqəmsal lototronun təsadüfi seçimi nəticəsində 1 qalib müəyyən edilir.
Kampaniya ərzində 7778 nömrəsinə göndərilən sms müqabilində hər bir abonent pulsuz kontent əldə edir, lakin "Eurovision 2010" Mahnı müsabiqəsinə pulsuz bilet yalnız Maksimum Gənc abonentləri arasında oynanılacaqdır.
Xidmət haqqı bir sms üçün – 0,50 AZN (ƏDV xaric)/170 kontur.
Xidməti “ABC Content” şirkəti həyata keçirir. Ətraflı məlumat üçün tel: (012) 5330101
