“Azercell Telekom” MMC-nin elanı
Bakı, 23 iyul 2009
Bildiyiniz kimi, "Azerfon" MMC-nin "Azercell Telekom" MMC-yə 11 million manat məbləğində borcunun yaranması səbəbindən 22 iyul saat 00:00-dan etibarən “Azerfon” MMC ilə olan mövcud arabağlantı kanallarının bir qismini kəsmişdik.
Sözügedən məsələni həll etmək məqsədilə hal-hazırda "Azercell Telekom" MMC və "Azerfon" MMC arasında danışıqlar başlanılıb. Bundan irəli gələrək və həm bizim, həmçinin də Azerfon abonentlərinin rahatlığını düşünərək və marağlarını nəzərə alaraq, Azercell Telekom xoş niyyətini bir daha nümayiş etdirir və danışıqlar başa çatmayana qədər arabağlantı xəttlərini açmaq qərarını bəyan edir.
