Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telecom MMC”-nin elanı

Bakı, 22 iyul 2009

Biz dünən 22 iyul saat 00:00-dan etibarən “Azerfon” MMC şirkəti ilə olan mövcud arabağlantı kanallarını kəsəcəyimizi elan etmişdik. Lakin “Azerfon” MMC şirkətinin abonentlərinin rahatlığını düşünərək “Azercell” olaraq biz xoş niyyət nümayiş etdiririk və arabağlantı kanallarının hamısını deyil, yalnız müəyyən hissəsini bağlayırıq. Əgər “Azerfon” MMC tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı bir addım görmədiyimiz təqdirdə bütün kanallar kəsiləcək.

Biz bu arzuolunmaz addıma yalnız “Azerfon” MMC-nin bize olan 11 milyon manatlıq borcunu 1 il ərzində ödəməməsi səbəbindən getdik. Bu vəsait bizim şirkət üçün kifayət qədər böyük məbləğdir və bizim öhdəliklərimizin yerinə yetirilməsi üçün lazımdır.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı