Anons! Daxil olan zənglər ilə problemlərBakı, 05 iyun 2009 Bildirmək istərdik ki, 03 iyun 2009-cu il tarixdən başlayaraq 051-9xx prefiksi ilə başlayan Azercell nömrələrinə “BakCell” LTD və Azerfon şəbəkəsindən zənglərin daxil olmasında yaranan problemlər “Azercell Telekom” MMC-nin şəbəkəsindən qaynaqlanmır.
Bu problemlərin yaranması səbəblərini dəqiqləşdirmək üçün xahiş edirik ki, həmin operatorların özlərinə müraciət edəsiniz.
Əlavə olaraq, nəzərinizə çatdırırıq ki, 051-9xx prefiksi ilə başlayan Azercell nömrələrinin abonentləri bütün istiqamətlərdə çətinlik çəkmədən zəng edə bilərlər. Azercell Telekom MMC Mətbuat Xidməti |