Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell”in rəhbəri GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşüb

24 fevral 2009

GSM Assosiasiyası ilə “Azercell” arasında əməkdaşlığın inkişafı yolları müzakirə edilib

Fevralın 16-19-da Barselonada keçirilən Dünya GSMA Konqresinin növbəti toplantısında iştirak edən “Azercell Telekom” MMC-nin yeni təyin olunmuş prezidenti Ali Ağan İspaniyaya səfəri zamanı mobil rabitə dünyasının bir sıra nəhənglərinin rəhbərləri, o cümlədən GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşlər keçirib.

“Azercell”-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cənab Konveylə keçirilən görüşdə cənab Ağan Azərbaycandakı iqtisadi inkişaf, hökumətin ölkənin regionun texnoloji mərkəzinə çevrilməsinə dair strategiyası barədə məlumat verib.

Rob Konvey keçən ilin sonunda Bakıda keçirilmiş dünya GSM texnologiyası liderlərinin toplantısının yüksək səiyyədə təşkilinə görə “Azercell” rəhbərliyinə təşəkkür edərək, GSM Assosiasiyası ilə “Azercell” arasında əməkdaşlığın inkişafı yollarını müzakirə edib.

Xatırladaq ki, dünya mobil rabitə sənayesinin maraqlarını təmsil edən GSM Assosiasiyasına 219 ölkədən 750 şirkət daxildir.

1996-cı ildən fəaliyyət göstərən və Azərbaycan mobil rabitə bazarının lideri olan “Azercell” GSM Assosiasiyasının üzvüdür.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr