Azərbaycan dilindəIn EnglishПо-русски

İndi “Standart Bank”-ın müştəriləri də MobilBank xidmətindən istifadə edəcəklər!

01 avqust 2008

Daima abonentlərinə yeni və sərfəli xidmətlər təklif edən “Azercell Telekom” MMC-nin bir müddət bundan əvvəl istifadəyə verdiyi və Azərbaycanda analoqu olmayan "MobilBank" xidmətindən artıq “Standart Bank”-ın müştəriləri də yararlana biləcəklər. Bu xidmət növü abonentlərə vaxta qənaət etməyə imkan verməklə bərabər, həftənin 7 günü 24 saat ərzində ölkə hüdudlarından kənarda olduqda belə bank hesablarının vəziyyəti, son əməliyyatlar barədə məlumat, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə məlumat almaq, istənilən zaman mobil telefon xərclərini və elektrik enerjisi haqqını birbaşa telefonlarından ödəmə imkanı yaradır. “MobilBank” xidmətinə izn xüsusi məxfi şifrə (PIN) vasitəsilə mühafizə olunur (şifrə müştəri tərəfindən təyin edilir).

Xatırladaq ki, hal-hazırda MobilBank xidmətindən Azərbaycan Beynəlxalq, Respublika, AzəriQaz və ya Standart Bankın müştəriləri istifadə edə bilərlər.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı