Azərbaycan dilindəIn EnglishПо-русски

«AZERCELL» Çindəki zəlzələ ilə əlaqədar bu ölkədə səfərdə olan abonentlərinin hesabına 500 manat köçürüb

16 may 2008

«Azercell Telekom» MMC Çin Xalq Respublikasında baş vermiş güclü zəlzələni nəzərə alaraq bu ölkədə səfərdə olan abonentlərinin ailələri ilə problemsiz əlaqə yaratması üçün onların hesabına əvəzsiz olaraq 500 manat köçürüb.

Şirkət hazırda Çinin iki mobil operatoru, «China mobile» və «China Telecom» şirkətləri ilə rominq tərəfdaşlığı edir. Bu isə abonentlərin Çinin hansı əyalətində olmasından asılı olmayaraq keyfiyyətli rabitə ilə təmin edilməsinə təminat verir.

Mayın 12-də Çində baş verən zəlzələ 10 mindən çox insanın ölümünə səbəb olmaqla yanaşı 100 min nəfərin ətrafla əlaqəsinin kəsilməsi ilə də nəticələnib.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr