Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telekom BM yeni - 051 - kodunu bazara çıxarır!

20 noyabr 2007

Azercell Telekom BM yeni - 051 - kodunu bazara çıxarır!

Şirkətin dinamik inkişaf etməsi və, həmçinin abonent bazasının durmadan artması - əlavə nömrələrin bazara çixarılmasına səbəb olmuşdur!

Yeni 051 kodlu nömrələrin bazara çıxarılması ilə əlaqədar, yeni yığım qaydalarını nəzərinizə çatdırırıq.

050 kodlu nömrə sahibləri olan abonentlər üçün:

Şəbəkədaxili zənglər, SMS və MMS

  • 050 kodlu nömrələr istiqamətində: 050 + nömrə və ya sadəcə 7-rəqəmli nömrə
  • 051 kodlu nömrələr istiqamətində: 051 + nömrə

Ölkədaxili zənglər, SMS və MMS

Digər yerli mobil operator və sabit şəbəkə nömrələri istiqamətində yığım əvvəlki qaydalara uyğun olaraq aparılır.

051 kodlu nömrə sahibləri olan abonentlər üçün:

051 kodlu nömrəsi olan Azercell abonentəri bütün istiqamətlərdə zənglər, SMS və MMS üçün 10-rəqəmli nömrə yığımından istifadə edəcək.

Şəbəkədaxili zənglər, SMS və MMS

  • 051 kodlu nömrələr istiqamətində: 051 + nömrə
  • 050 kodlu nömrələr istiqamətində: 050 + nömrə

Ölkədaxili zənglər, SMS və MMS

  • Digər yerli mobil operator istiqamətində:operatorun kodu + nömrə
  • Sabit şəbəkə nömrələri istiqamətində:şəhər və ya bölgə kodu + nömrə

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr