Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom MMM” BM GSM səbəkəsinin genişləndirilməsi və abunə tutumunun 3.000.000-a çatdırılması üzrə tender elan edir

30 avqust 2007

Azercell Telekom MMM” Birgə Müəssisəsi GSM səbəkəsinin genişləndirilməsi və abunə tutumunun 3.000.000-a çatdırılması üzrə
TENDER ELANI

1. Tender keçirən haqqında məlumat: “Azercell Telekom MMM” Birgə Müəssisəsi, Bakı şəhəri, Tbilisi prospekti 61-A

2. Tender prosedurlarının başlanması vaxtı və yeri: “17” Oktyabr 2007-cı il, yerli vaxtla saat 11:00 , Bakı şəhəri, Tbilisi prospekti 61-A

3. Tenderdə iştirak üçün tələb olunan sənədlər

  • tenderdə iştirak üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • tender təklifi;

malgöndərən (podratçı) haqqında aşağıdakı tələb olunan sənədlər;

  • malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair sənədlər; malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
  • satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlı olması;
  • satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
  • malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

4. Göstərilən sənədlər (tender təklifi istisna olmaqla) satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır.

5. Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Tender barədə əlavə məlumatları +994 12 967007 saylı telefonla və +994 12 300568 saylı faksla almaq olar. Əlaqələndirici şəxsin adı Ali Ercan.

6. Tender təklifinin təminatı şərtləri: Tender təklifinin qiymətinin 2%-i (iki faizi) həcmində bank zəmanəti (tender təklifinin qüvvədəolma müddətindən sonra ən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır).

7. Göndəriləcək malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri:

  • GSM şəbəkəsinin genişləndirilməsi və abunəçi sayının 3.000.000-a çatdırılması;
  • Ana stansiyalarda tutumun artırılması;
  • SA-HLR və inteqrə olunmuş AUC-də abunəçi tutumunun 3.000.000-a çatdırılması;
  • Prepaid sistemində abunəçi tutumunun 3.000.000- a çatdırılması;
  • BGW sistemində abunəçi tutumunun 3.000.000- a çatdırılması;
  • ADC sistemində abunəçi tutumunun 3.000.000- a çatdırılması;
  • GPRS sisteminin genişləndirilməsi;
  • SMSC tutumu artırılması;
  • Verici – qəbuledicilərlə birlikdə 425 Radio Baza Stansiyasının quraşdırılması;
  • Mikro-dalğa xətləri və SDH Əsas transmissiya şəbəkəsi;
  • WCDMA quraşdırılması.

Bütün qeyd olunanlar Azərbaycan Respublikasında yerinə yetiriləcək.

8. Malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri: 12 (on iki) ay

9. Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar və prosedurlar satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və başqa burada qeyd olunan meyyarların ən üstün göstəriciləri əsasında ən sərfəli təklif olmaq şərtilə seçiləcək.

10. Malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdıran şərtlər Mülkiyyət formasından asılı olmayaraq, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınan, ödənilmiş nizamnamə kapitalına malik olan, müvafiq qanunvericiliyə uyğun fəaliyyət göstərən, tələb edilən fəaliyyət növü üçün xüsusi icazələrə (lisenziyalara) malik olan, BMT-nin Təhlükəsizlik Şurasının qadağa qoyduğu ölkələrə və Ermənistan Respublikasına aid olmayan istənilən iddiaçı satınalma prosedurlariında iştirak edə bilər.

11. İştirak haqqının məbləği və ödənilməsi qaydası

Iddiaçılar 8,000 ( səkkiz min) AZN məbləğində iştirak haqqını aşağıda qeyd olunana valyuta və ya manat hesabına köçürməlidirlər:

Manat hesabı Azərbaycan Respublikası Beynəlxalq Bankı H/h CCS310375 AZN 3808-01, Bankın kodu: 805250, M/h: 01370100020994 Bankın VÖİN-990000213, SWIFT- İBAZAZ2X Valyuta hesabı International Bank of Azerbaican Bank SWIFT - IBAZAZ2X Acc. CCS310375 USD 3818-01 M/h: 01370100020994 Bankın VÖİN -990000213, SWIFT- İBAZAZ2X

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

12. Tenderin əsas şərtlər toplusunun tərtib olunduğu dillər – eyni hüquqi qüvvəyə malik olan Azərbaycan və İngilis dilləridir.

13. Tender təkliflərinin Azercell’ə verilməsinin son tarixi və yeri: “16” Oktyabr 2007-ci il, yerli vaxtla saat 17:00-dək Bakı şəhəri, Tbilisi prospekti,61-A.

Tender ilə bağlı bütün başqa şərtlət tenderin əsas şərtlər toplusunda müəyyənləşdiriləcəkdir.

Tender komissiyası


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr