PayCELL xidmətində YENİLİK!
20 iyun 2007 İndi kontur payınız 2 dəfə çox ola bilər!
İstədiyiniz SimSim nömrəsini 9202-e göndərməklə, balansınızdan həmin nömrənin balansına 200 kontur pay göndərə bilərsiniz.
Köçürməni Fakturalı Xətt abonenti etdikdə, onun hesabından 80 qəpik (ƏDV xaric) çıxarılacaq, həmin məbləğin kontur ekvivalenti olaraq 200 kontur müvafiq SimSim abonentinin balansına köçürüləcək.
Xidmətdən 1 gün ərzində 3 dəfə istifadə etmək mümkündür.
Xidmət haqqı
9202 nömrəsinə göndərilən SMS-istəyin qiyməti Fakturalı Xətt abonentləri üçün – 8 qəpik (ƏDV xaric), SimSim abonentləri üçün 20 konturdur.
|
Qeyd:
PayCELL xidmətinin digər istifadə şərtləri keçərlidir. Daha ətraflı məlumat üçün http://www.azercell.com/payment/transfer/