Azercell rominq partnyorlarının sayı 300-ə çatdı!
24 noyabr 2006
Azərbaycanın mobil rabitə bazarında yüksək standartlar və keyfiyyətli xidmətlər tətbiq edən “Azercell Telekom” BM abonentlərinin daha bir ölkədən rahat danışması üçün növbəti addım atıb. Bu dəfə şirkət Vyetnamın Vinaphone operatoru ilə rominq müqaviləsi bağlayıb.
Qeyd edək ki, bu günə qədər “Azercell Telekom” BM 135 ölkənin mobil rabitə operatorları ilə 300 rouminq sazişi bağlayıb.
