GPRS/MMS-rominq sahəsində daha bir müqavilə bağlandı.
16 noyabr 2006
Azərbaycanın mobil rabitə bazarında yüksək standartlar və keyfiyyətli xidmətlər tətbiq edən “Azercell Telekom” BM abonentlərinin daha bir ölkədən rahat danışması üçün növbəti addım atıb. Bu dəfə şirkət Belçikanın MobiStar operatoru ilə GPRS/MMS-rominq müqaviləsi bağlayıb.
Qeyd edək ki, bu günə qədər “Azercell Telekom” BM 30 ölkənin mobil rabitə operatorları ilə 62 GPRS/MMS-rouminq sazişi bağlayıb.
