Azercell 1000-ci radio-baza stansiyasını quraşdırdı!
10 oktyabr 2006
“Azercell Telekom” BM əhatə dairəsini genişləndirmək və keyfiyyətli rabitə xidməti göstərmək ənənəsini davam etdirərək, artıq 1000-ci radio-baza stansiyasını quraşdırdı! 1000-ci stansiya Pirallahı qəsəbəsində ucaldıldı. Qeyd edək ki, “Azercell Telekom” bu vaxta qədər 2 rezervləşdirilmiş аbonent bazası, 11 baza stansiyalarına nəzarətçi sistemi, 13 mobil rabitə kommutasiya mərkəzi və yalnız bu ilin 9 ayı ərzində 246 stansiya quraşdırıb. Bu antenaların əksəriyyətinin rayonlarda quraşdırılmasında başlıca məqsəd abonentlərin hətta ölkənin ən ucqar nöqtəsində olduqda belə, dayanıqlı rabitəyə malik olmasıdır. İstifadəçilərinin rahatlığı üçün durmadan çalışan “Azercell Telekom” ilin sonuna kimi daha 289 stansiyanın quraşdırılmasını planlaşdırır.
