Avtomatik Telefon Konfiqurasiyası xidməti vasitəsilə
Avtomatik Telefon Konfiqurasiyası xidməti vasitəsilə GPRS, WAP və MMS seçənəklərini avtomatik olaraq mobil telefonunuza alırsınız.
Əgər Siz yeni abonentsinizsə və ya telefonunuzu yenisi ilə əvəz edirsinizsə, GPRS, WAP və MMS seçənəklərini avtomatik almaq üçün SIM-kartınızı telefonunuza daxil etməniz kifayətdir. Telefonunuzu aktiv etdikdən bir az sonra, GPRS, WAP və MMS seçənəklərini avtomatik olaraq alacaqsınız. Seçənəklər göndərilməzdən əvvəl, Siz seçənəklərin göndəriləcəyi barədə bildiriş mesajı alacaqsınız.
Telefon seçənəkləri birbaşa telefonunuzun ekranında görünəcək. Daxil olmuş seçənəkləri yaddaşda saxlayın. Seçənəklər mobil telefonun yaddaşında saxlanılır. (SIM-kartın deyil)
9595 vasitəsilə
Seçənəklərin quraşdırılması üçün daha bir üsul – 9595 nömrəsinə boş SMS göndərin. Bir necə dəqiqə ərzində seçənəklər SMS vasitəsilə telefonunuza göndəriləcək.
9595 nömrəsinə göndərilən 1 SMS qiyməti:
- Fakturalı Xətt üçün - 0,01 AZN (ƏDV xaric)
- SimSim abonentləri üçün – 2 kontur.
Siz, həmçinin, seçənəkləri özünüz müstəqil olaraq və ya Müştəri Xidməti və ya Azercell Ekspres ofislərinə müraciət edərək quraşdıra bilərsiniz.
MMS seçənəklərinin müstəqil quraşdırılması
| APN MMS |
mms |
| Gateway IP |
10.0.154.101 |
| Port GPRS |
9201 |
| Homepage MMS |
http://mms.azercell.com/cMMSC/post |
| Authentication |
Normal |
WAP seçənəklərinin müstəqil quraşdırılması
| APN |
wap |
| Gateway IP |
10.0.154.101 |
| Port GPRS |
9201 |
| Authentication |
Normal |
GPRS/EDGE seçənəklərinin müstəqil quraşdırılması
| APN |
internet |
| Gateway IP |
10.0.154.101 |
| Port GPRS |
9201 |
| Authentication |
Normal |
|