Seqmentə yönəlik aksiyalar
Azercell Telekom MMC mobil rabitə xidmətlərinin xüsusiyyətləri, həmçinin istifadə həcmindən asılı olaraq müəyyən edilən müştəri qrupları üçün davamlı olaraq həvəsləndirici tədbirlər həyata keçirməkdədir.
Hal-hazırda keçirilən aksiyalar:
"Danış və qazan” (5/10/15/20 dəqiqə = gün boyu pulsuz) aksiyası
24 yanvar 2012-ci il tarixindən etibarən müvafiq müştəri qrupuna daxil olan Azercell Fakturasız Xətt abonentləri hər gün ölkədaxili bütün istiqamətlərə etdikləri toplam 5/10/15/20 dəqiqə zənglər müqabilində həmin günün sonunadək (24:00) şəbəkədaxili PULSUZ danışmaq hüququ qazanırlar.
Aksiyanın bitmə vaxtı elan olunacaqdır.
"Danış və qazan" (1dəq=5qəpik) aksiyası
23.12.2011 – 22.03.2012 tarixləri arasında müvafiq müştəri qrupuna daxil olan Azercell Fakturasız Xətt abonentləri 90 gün müddətində hər gün etdikləri hər ölkədaxili zəngin 1 dəqiqəsini 5 qəpiyə danışacaqlar.
Qeydlər:
- Aksiyaya qoşulmaq üçün heç bir şərt yoxdur.
- Gəncsim tarifində olan abonentlər də aksiyada iştirak edə və 3-cü dəqiqədən sonra pulsuz danışa biləcəklər.
- Əgər abonent bir neçə kampaniyada iştirak edirsə, qiyməti daha aşağı olan kampaniyanın şərtləri tətbiq olunacaq.
- Aksiya iştirakçıları aksiyadan imtina etdikləri zaman 1010 qısa nömrəsinə 354 və 355 yazıb SMS-lə göndərməlidirlər. 1010 nömrəsinə göndərilən SMS pulsuzdur.
- Aksiya dövründə Azercell Fakturasız Xəttdən Fakturalı Xəttə keçən abonentlər bu aksiyadan çıxmış hesab olunur.
"Danış və qazan" (1dəq=3qəpik) aksiyası
29 noyabr 2011-ci il tarixindən etibarən müvafiq müştəri qrupuna daxil olan Azercell Fakturasız Xətt abonentləri 3 ay müddətində hər gün ölkədaxili etdikləri hər zəngin 1 dəqiqəsini 3 qəpiyə danışacaqlar.
Qeydlər:
- Aksiyaya qoşulmaq üçün heç bir şərt yoxdur.
- Aksiyanın davamlılığı 3 aydır.
- Əgər abonent bir neçə kampaniyada iştirak edirsə, qiyməti daha aşağı olan kampaniyanın şərtləri tətbiq olunacaq.
- Gəncsim tarifində olan abonentlər də aksiyada iştirak edə bilər. 3-cü dəqiqədən sonra pulsuz danışıq olduğu kimi qalır.
- Aksiya iştirakçıları aksiyadan imtina etdikləri zaman 1010 qısa nömrəsinə 342 yazıb SMS-lə göndərməlidirlər. 1010 nömrəsinə göndərilən SMS pulsuzdur.
- Aksiya dövründə Azercell Fakturasız Xəttdən Fakturalı Xəttə keçən abonentlər bu aksiyadan çıxmış hesab olunur.
"Danış və qazan" (gecələri və həftəsonları pulsuz) aksiyası
25 noyabr 2011-ci il tarixindən etibarən müvafiq müştəri qrupuna daxil olan Azercell Fakturasız Xətt abonentləri USSD üzərindən yiğaraq 3AZN qarşılığında 30 gün ərzində gecələri və həftə sonları edilən şəbəkədaxili zəngləri pulsuz edəcəklər.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Qeydlər:
- Aksiyaya qoşulmaq üçün USSD üzərindən *117*#YES yığmaq lazımdır.
- Qoşularkən əsas balansdan 3AZN silinəcək və 30 gün ərzində gecələr (24:00 – 08:00) və həftəsonları (24 saat) şəbəkəiçi pulsuz danışıq imkanı veriləcək.
- Qəbul olunmayan istəklərə görə balansdan məbləğ çıxılmayacaq.
- Gəncsim tarifində olan abonentlər də aksiyada iştirak edə bilər. 3-cü dəqiqədən sonra pulsuz danışıq olduğu kimi qalır.
- Aksiya iştirakçıları aksiyadan imtina etdikləri zaman 1010 qısa nömrəsinə 325 yazıb SMS-lə göndərməlidirlər. 1010 nömrəsinə göndərilən SMS pulsuzdur.
- Aksiya dövründə Azercell Fakturasız Xəttdən Fakturalı Xəttə keçən abonentlər bu aksiyadan çıxmış hesab olunur.
"Danış və qazan" (1dəq=1qəpik) aksiyası
26 avqust 2011-ci il tarixindən etibarən müvafiq müştəri qrupuna daxil olan Azercell Fakturasız Xətt abonentləri hər gün şəbəkədaxili etdikləri hər zəngin 1 dəqiqəsini 1 qəpiyə danışacaqlar. Bir zəngin maksimal davamlılığı 20 dəqiqədir.
Aksiyanın bitmə tarixi elan ediləcəkdir.
Qeydlər:
- Aksiyaya qoşulmaq üçün heç bir şərt yoxdur.
- 1dəq=1qəpik tarifi ancaq şəbəkədaxili zənglərə aiddir. Bir zəngin maksimal davamlılığı 20 dəqiqədir.
- 1dəq=1qəp aksiyasında iştirak edən abonentlər YAY kampanyasına qoşulduqları zaman şəbəkədaxili 1dəq=1qəpik, şəbəkəxarici 1dəq=3qəpik tarifi ilə danışacaqlar.
- Gəncsim tarifində olan abonentlər də aksiyada iştirak edə bilər.
- Aksiya iştirakçıları aksiyadan imtina etdikləri zaman 1010 qısa nömrəsinə 329, 330, 331 yazıb SMS-lə göndərməlidirlər. 1010 nömrəsinə göndərilən SMS pulsuzdur.
- Aksiya dövründə Azercell Fakturasız Xəttdən Fakturalı Xəttə keçən abonentlər bu aksiyadan çıxmış hesab olunur.

Qeydlər: