Əhatə dairəsi və rominqFəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 99.7%, respublika ərazisinin isə 80% (işğal olunmuş əraziləri çıxmaq şərtilə) daxil edilmişdir.
2000-ci ildən etibarən Azercell-in əhatə dairəsinə Bakı Metropoliteninin bütün stansiyaları da daxil olmuşdur.
Azercell öz sisteminin beynəlxalq şəbəkəyə qoşulmasında ciddi işlər görür. Bu gün Azercell 152 ölkənin 390-dan çox operatoru ilə rominq müqavilələri bağlayıb.
|