“Azercell” şirkətinə işə qəbul
Gələcək- Sənsən” proqramı çərçivəsində tələbələrlə görüşlər
Şirkətimiz 2009-cu ilin oktyabr ayında ənənəvi olaraq “Gələcək Sənsən” karyera proqramı çərçivəsində ali məktəblərdə tədbirlər keçirdi. Bu il görüşlər dörd ali məktəbdə baş tutdu.
Görüşlər aşağıdakı universitetlerdə keçirildi
Qafqaz Universiteti (görüş 20 oktyabr 2009-cu il)
Azərbaycan Dövlət Neft Akademiyası (görüş 23 oktyabr 2009-cu il)
Azərbaycan Dövlət İqtisad Universiteti (görüş 27 oktyabr 2009-cu il)
Azərbaycan Texniki Universiteti (görüş 28 oktyabr 2009-cu il)
Tədbirlər zamanı Azərbaycanda ilk dəfə həyata keçirilən “Barama” layihəsi barədə məlumat təqdim edildi, eyni Universitetlərin məzunu olan Azercell işçiləri- Ramin Orucov (Qafqaz universiteti) , Rüstəm Bünyatov (ADNA), Rəna Hacıyeva (İqtisad Universiteti) və Anar Mirzoyev (Texniki Universiteti) öz uğur hekayələri ilə tələbələrlə bölüşdülər.
Bununla yanaşı tələbələrə şirkət tərəfindən həyata keçirilən “Təqaüd”, “Təcrübə” və “İşə Qəbul” proqramları və Azercell şirkətində karyera imkanları haqqında ətraflı məlumat verildi.
Universitetlərdə keçirilən tədbirdə ümumilikdə 800-ə yaxın tələbə iştirak etmişdir. İşə qəbul proqramının iştrakçısı olmaq üçün tələbələr öz tərcümeyi-hallarını universitetlərdə görüş zamanı Azercell təmsilçilərinə təqdim etmək imkanına malik idilər, Təqdim edilən işə qəbul ərizələri hal-hazırda İQ şöbəsinin əlaqəli işçiləri tərəfindən dəyərləndirilir.
|