Azərbaycan dilindəIn EnglishПо-русски

“Gələcək - Sənsən” karyera tədbiri

“Gələcək- Sənsən” Karyera tədbiri 2007

“Azercell” şirkətinin təşkil etdiyi “Gələcək-Sənsən” karyera tədbiri 25 Oktyabr 2007-ci il tarixində Avropa mehmanxanasında keçirildi. Tədbir telekommunikasiya sektorunda lider adını qazanmış “Azercell” şirkətində karyera qurmaq marağında olan gənclərin suallarını səsləndirmək üçün əla şans oldu.

“Bu sahədə lider olan Azercell şirkətində işləməklə mən istəklərimə nail olacam. Ona görə düşünürəm ki, bu proqramda iştirak etmək gələcək karyeramı qurmaqda böyük addım olacaq” (seçim ərizəsindən)

Tədbirdə iştirak üçün seçim artıq 15 Sentyabrdan başlamış və gənclərin diqqətini cəlb etmişdir. Belə ki, tədbirdə iştirak üçün 648 nəfər seçim suallarını cavablandıraraq öz ərizələrini təqdim etmişlər ki, bunlardan 250 nəfər seçilərək tədbirə dəvət edilmişdir.

Tədbirdə iştirak edən şirkətin baş müdiri cənab A. Halim Ateş “Azercell“in son illər ərzində əldə etdiyi nailiyyətlər və gələcəyə baxışı haqqında məlumat verdi. Baş müdir şirkəti bir ailəyə bənzədərək hər bir üzvünə özəl yanaşımın tətbiq edilməsini vurğuladı:

“Peşəkar həyatda addımlamağa başlayarkən özünüz üçün limit qoymamalısınız. Hansı sahədə işləmək istəyirsinizsə, ora baş vurun. Görəcəksiniz ki, hədəf etdiyiniz nöqtəyə gəlib çıxmısınız. Çünki ən şanslı insan həzz aldığı işdən pul qazanan insandır”

Şirkətdə mövcud olan və gələcəkdə açılacaq iş imkanları haqqında məlumat təqdim edən İşə Qəbul və Daxili Ünsiyyət bölümünün rəhbəri Ziba Mustafayeva bu cür layihənin 2005-ci ildən etibarən keçirilməni qeyd etdi. Bu layihə çərçivəsində 30-dan artıq tələbə işə qəbul edilib. Onlardan ikisi – Nurlan Kərimov və Tamilla Bulat tədbirdə çıxış edərək öz təcrübələri ilə paylaşdılar, müsahibələr, mərhələli seçim və şirkət mədəniyyəti haqqında məlumat təqdim etdilər.

Hal-hazırda bəzi iştirakçılarla telefon və üzbəüz müsahibələr keçirilir. Digər iştirakçıların tərcümeyi-halları gələcək vakansiyalar üzrə dəyərləndirmədə iştirak üçün qeydiyyata alınır.

“Gələcək-Sənsən” karyera tədbirindən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr