2010-cu ilin Iyul ayının əvvəlində Peşəkarlar Proqramı üzrə seçim mərhələsi uğurla bitmişdir. Bu proqram çərçivəsində Azercell şirkəti iki vakansiyaya işə qəbul elan etmişdir. Seçim mərhələsi nəticəsində Reklam İstehsalı qrupunun rəhbəri vəzifəsi üzrə İlkin Hüseynov, Kampaniyaların İdarəedilməsi/Müştərilərin Saxlanılması qrupunun mütəxəssisi vəzifəsi üzrə isə Qəmər Əhmədova seçilmişdirlər.

TeliaSonera Qrupunun üst səviyyə rəhbərləri və mütəxəssisləri altı aylıq proqram çərçivəsində iştrakçılara telekommunikasiya sahəsi ilə bağlı məlumat təqdim edəcəklər.

Proqram 5 moduldan ibarət olan maraqlı mühazirələr, təhlil və müzakirələri özündə əks etdirir. Proses çox interaktivdir və TeliaSonera-nın situativ nümunələrinə əsaslanan xüsusi tapşırıqlar nəticəsində iştrakçilar gələcək iş həyatlarında tətbiq olunacaq bacarıqları əldə edəcəklər.

Proqramın əsas mövzuları:

  • TeliaSonera şirkətlər qrupu və biznes mühiti – Stokholm, İsveç
  • TeliaSonera məhsul və xidmətləri, texnologiya trendləri, dəyişikliklər və biznesin dinamikası – Helsinki, Finlandiya
  • Maliyyə sahəsinin əsasları - Riqa, Latviya
  • Mədəniyyətlərarası ünsiyyət və təqdimat bacarıqları – İstanbul, Türkiyə
  • Yekunlaşdırıcı tapşırıqlar (real təcrübə əsasında) - Stokholm, İsveç

Əlavə məlumat üçün http://teliasonera.com/professionalprogram/ veb səhifəsinə daxil ola bilərsiniz.

Son yenilənmiş bölüm
Zəngimcell
Kampaniyalar
Güzəştli SMS paketləri
Super Bizdən-Bizə

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: