"Xalq Kompüteri" layihəsi

Azercell Telekom MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoftun tərəfdaşlığı ilə həyata keçirilən "Xalq Kompüteri" layihəsində iştirak edir.

Layihə orta/ali məktəb müəllimləri və tələbələr üçün nəzərdə tutulub. Kampaniyanın şərtləri aşağıdakı kimidir:

"BestComp Group" şirkətindən portativ kompüter (noutbuk, netbuk) və ya desktop əldə etmiş abonentə istəyi əsasında 12 ay ərzində hər ay 7 AZN ödəməklə, Azercell-dən Fakturalı Xətt nömrəsi, Azercell Datakart və 12 faktura dövrü ərzində hər ay 500 MB həcmdə Mobil İnternetdən istifadə etmə imkanı veriləcək. Hər müvafiq faktura dövrü ərzində verilən 500 MB trafikdən artıq istifadə olunan hər 1 MB üçün 0.04 AZN məbləğində xidmət haqqı tətbiq ediləcək.

"Xalq Kompüteri" layihəsi haqqında daha ətraflı məlumat üçün www.xalqkomp.az saytına müraciət edin.

15 iyul 2011-cu il tarixindən etibarən "Xalq Kompüteri" layihəsi çərçivəsində yeni kampaniya keçirilir. Kampaniyanın şərtləri aşağıdakı kimidir:

"BestComp Group" şirkətindən portativ kompüter (HP Pavilion dv6-6079er və HP Pavilion dv6-6080er) əldə etmiş abonentə Azercelldən fakturalı xətt nömrəsi, Azercell Datakart və 12 faktura dövrü ərzində hər faktura dövrü üzrə 1GB həcmdə Mobil İnternetdən istifadə etmə imkanı veriləcək. Birinci faktura dövrü üzrə 1 GB trafik ödənişsiz, növbəti 11 faktura dövrləri üçün isə ayda 5 AZN ödəmək şərti ilə təqdim edilir.

Hər müvafiq faktura dövrü ərzində verilən 1 GB trafikdən artıq istifadə olunan hər 1 MB üçün 0.04 AZN məbləğində xidmət haqqı tətbiq ediləcək.

Kampaniyada 249 27 00 - 249 31 99 nömrələr iştirak edəcək.

"Xalq Kompüteri" layihəsi haqqında daha ətraflı məlumat üçün www.xalqkomp.az saytına müraciət edin.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı