Diqqət! Diqqət! Maksimum Gənc futbol həvəskarları! Bu kampaniya sizin üçündür!

11 Azercell abonentindən ibarət komandanızı yığın, SMS yarışmasında iştirak edin, MAKSİMUM sayda suallara birlikdə düzgün cavab verin və 2 günlük Türkiyəyə səfər edərək iyunun 2-də, Kayseri şəhərində Türkiyə və Azərbaycan futbol komandaları arasında keçiriləcək yoldaşlıq matçını seyr edin.

Üstəlik, qalib komandanın üzvlərinin hər biri özləri ilə müşayiətçi də dəvət edə bilər!

Komandanı necə yığmaq lazımdır

Komandaya dəvət etmək istədiyiniz Azercell abonentlərinin 9-rəqəmli nömrələrini (50 və ya 51XXXXXXX) yığıb, 9777 nömrəsinə bir-bir SMS vasitəsilə göndərmək lazımdır.

Komandaya sizinlə birlikdə 11 iştirakçı yığılana qədər bu proses davam edilməlidir. Sistem mesaj bildirişləri komandanın yığılması prosesi boyu sizə yardım edəcək. Komanda tam yığıldığında siz oyunçular siyahısını bildiriş mesajı ilə alacaqsınız.

Balları necə toplamaq lazımdır

Komanda yığıldıqdan sonra komanda üzvləri SMS vasitəsilə suallar almağa başlayacaq. Hər bir düzgün cavab komandaya 1 bal qazandıracaq.

Yeni sual yalnız əvvəlki suala cavab verildikdə göndəriləcək. SMS yarışmasının sonunda ən çox bal toplamış komanda qalib elan ediləcək.

SMS yarışması 25.05.2009 tarixində bitəcək.

Bütün suallar futbola aiddir və futbolun bəzi qaydaları, məsələn “penalti” qaydası bu yarışmada da keçərlidir.

Yarışmanın sonlarına yaxın (SMS yarış başladığı andan 20 gün sonra) lider komandalar onların statusunu göstərən bildiriş mesajı alacaqlar. Bərabər bal toplamış komandalar olarsa, bu komandaların kapitanları “penalti” sualları alacaq. Hansı komandanın kapitanı düzgün cavab verərsə, həmin komanda qalib elan olunacaq və bütün komanda üzvləri “təbrik” mesajı alacaq.

Bal balansını necə yoxlamaq olar

Bütün komanda üzvləri istədikləri an komandanın topladığı bal sayını öyrənə bilər! Bunun üçün 7 yazıb, 9777 nömrəsinə SMS-istək göndərmək lazımdır.

Bundan başqa, hər gün saat 20:00-dan sonra bütün komanda üzvlərinə komandanın yığılmış ballar haqda hesabat göndəriləcək.

Tariflər

9777 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti – 11 kontur / 0,05 AZN

Qeydlər:

  • Kapitanlar yalnız bir komandanın kapitanı və istənilən sayda komandanın üzvü ola bilər.
  • Komanda üzvləri isə istənilən sayda komandada iştirakçı ola bilər.
  • Qalib komandanın üzvləri və onları səfərdə müşayiət edənlər şəxsiyyət vəsiqəsi və xarici pasportları ilə Azercell Telekom MMC-nin ofisinə yaxınlaşmalıdırlar. Nömrə və şəxsiyyət vəsiqələri yoxlandıqdan sonra onlarla əlaqə saxlanılacaq və onlara səyahətin şərtləri haqda daha ətraflı məlumat veriləcək.

!!!Türkiyəyə səyahət edib, yoldaşlıq görüşünü canlı izləmək üçün nömrə oyunçunun öz adına olmalıdır.

Kampaniya haqqında daha ətraflı məlumat almaq üçün (012) 4982020 nömrəsinə müraciət edin.

Son yenilənmiş bölüm
Əzizlərim
Dövlətcell
Paycell
Azercell Facebook-da

Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Ətraflı

Tarif kalkulyatoru

Suallar

Gündə neçə zəng edirsiniz?

Zəngin ortalama davamlılığı nə qədərdir? (dəqiqə)

Daha çox hansı istiqamətlərə zəng edirsiniz?

Qeyri-pik saatlarda və həftəsonu mobil xidmətlərdən tez-tezmi istifadə edirsiniz?

Uzun müddətli zəngləri tez-tezmi edirsiniz (bir zəngin davamlılığı 5 və daha çox dəqiqə olmaqla)?

SMS, MMS

İnternet