Maksimum Gənc
Maksimum Gənc - çeşidli güzəşt və endirimlər təqdim edən Sərbəstlik Dünyası!
Maksimum Gənc proqramına qoşulan hər kəsi inanılmaz hədiyyələr və güzəştlər gözləyir.
Belə ki, Maksimum Gənc proqramına üzv olan hər abonent pulsuz 77 SMS, 40 qəpik və MMS-lərə 50% endirim əldə edir!
Ən əsası isə Maksimum Gənc proqramının üzvləri bir çox əlverişli güzəşt və endirimlərdən yararlanmaq imkanı əldə edir.
Maksimum Gənc-də cari kampaniyalar:
Maksimum Gənclər üçün cari kampaniyalar barədə necə məlumat almaq olar?
Maksimum Gənclər üçün cari kampaniyalar barədə məlumat almaq üçün KAMPANİYALAR sözünü SMS vasitəsilə 7777 nömrəsinə göndərin.
Maksimum Gənc-ə necə qoşulmaq olar?
Maksimum Gənc-ə qoşulmaq üçün sadəcə maksimum genc sözünü yazıb 7777 nömrəsinə göndərin.
Maksimum Gənc-ə qoşulmaqla balansınıza avtomatik olaraq pulsuz 77 SMS əlavə olunur və MMS-lərə 50% endirim imkanı verilir. Eyni zamanda Sizə 14-rəqəmli unikal şifrə təqdim edilir.
Diqqət!
Maksimum Gənc proqramının təqdim etdiyi güzəştlərdən yararlanmaq üçün hər istifadədən əvvəl KOD sözünü SMS-lə 7777 nömrəsinə göndərib şifrənizi yeniləyin.
7777 nömrəsinə göndərilən SMS - pulsuzdur.
Pulsuz 40 qəpik qazanmaq şansını əldə etmək üçün daxil olan bildiriş mesajına cavab olaraq cinsiniz və doğum tarixiniz barədə məlumatı düzgün formatda (misal üçün: k,25.01.1985) 7777 nömrəsinə göndərin.
İstənilən SimSim abonentinə SMS vasitəsilə Maksimum Gənc-ə qoşulmaq dəvəti göndərmək olar. Bunun üçün həmin abonentin mobil nömrəsi SMS-lə 7777 nömrəsinə göndərilməlidir.
Maksimum Gənc proqramından istifadə şərtləri:
Maksimum Gənc proqramından hələlik yalnız SimSim abonentləri yararlana bilərlər.
Hədiyyə olaraq verilən pulsuz 77 SMS yalnız Azercell şəbəkəsində istifadə üçün nəzərdə tutulub. İstifadə müddəti 30 gündür.
Çıxış xətti bağlı Maksimum Gənc proqramının üzvləri kampaniyalardan istifadə edə bilməz. Proqram çərçivəsində təqdim edilən kampaniyalardan yararlanmaq üçün SimSim kartı yükləməklə çıxış xəttini aktiv etmək lazımdır.
Kod yükləmə edildikdən sonra növbəti gün aktiv edilir.
Abonent Maksimum Gənc-ə qoşulduqdan yalnız 15 gün sonra proqramdan imtina edə bilər.
Abonent Maksimum Gənc proqramından imtina etdiyindən yalnız 30 gün sonra proqrama yenidən qoşula bilər (ilk qoşulmada hədiyyə olaraq verilən pulsuz 77 SMS və 40 qəpik növbəti qoşulmalarda təqdim olunmur).
7777 qisa nömrəsinə göndərilən SMS pulsuzdur.
Maksimum Gənc–dən necə imtina etmək olar?
Maksimum Gənc proqramından imtina etmək üçün STOP sözünü yazıb 7777 göndərin.
