Azercell Korporativ abonentlərinə “BlackBerry” markalı “Bold 9000 ” və sair modelli mobil telefon cihazlarının güzəştli şərtlərlə satışı təqdim edir.

“BlackBerry” mobil telefon cihazlarının güzəştli şərtlərlə necə almaq olar?

Azercell Ekspres Ofislərinin birinə yaxınlaşın. “Azercell GSM Müqaviləsinə mobil telefon cihazının güzəştli şərtlərlə satışına dair əlavə” formunu doldurun.

Təqdim edilən telefonlar və ödəmə üsulları

BlackBerry “Bold 9000 ”

  • 12 ay ərzində 60 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyirsiniz.
  • 18 ay ərzində 69 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyir və hər ay 1 GB həcmində GPRS trafikindən istifadə etmək imkanı qazanırsınız. 1 GB-dan artıq olduqda hər 1 MB üçün ödəniş haqqı - 0,04 AZN (ƏDV xaric).
  • 24 ay ərzində 59 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyir və hər ay 1 GB həcmində GPRS trafikindən istifadə etmək imkanı qazanırsınız. 1 GB-dan artıq olduqda hər 1 MB üçün ödəniş haqqı - 0,04 AZN (ƏDV xaric).

BlackBerry “Storm 9500”

  • 12 ay ərzində 79 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyir və hər ay 2 GB həcmində GPRS trafikindən istifadə etmək imkanı qazanırsınız. 2 GB-dan artıq olduqda hər 1 MB üçün ödəniş haqqı - 0,04 AZN (ƏDV xaric).
  • 18 ay ərzində 64 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyir və hər ay 2 GB həcmində GPRS trafikindən istifadə etmək imkanı qazanırsınız. 2 GB-dan artıq olduqda hər 1 MB üçün ödəniş haqqı - 0,04 AZN (ƏDV xaric).

BlackBerry “Curve 8900”

  • 12 ay ərzində 59 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyir və hər ay 500 MB həcmində GPRS trafikindən istifadə etmək imkanı qazanırsınız. 500 MB -dan artıq olduqda hər 1 MB üçün ödəniş haqqı - 0,07 AZN (ƏDV xaric).
  • 18 ay ərzində 49 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyir və hər ay 500 MB həcmində GPRS trafikindən istifadə etmək imkanı qazanırsınız. 500 MB -dan artıq olduqda hər 1 MB üçün ödəniş haqqı - 0,07 AZN (ƏDV xaric).

Qeyd:

  • Abonent əldə etdiyi mobil telefon cihazından istifadə qaydaları, qarantiya şərtləri, o cümlədən BlackBerry xidmətlərinin xüsusiyyətləri və tarifləri barədə Müştəri Xidmətlərinə müraciət etməklə məlumat əldə edə bilər.
  • Abonent rominqdə olarkən BlackBerry xidmətləri çərçivəsində GPRS-dən istifadə, GRPS rominq tariflərinə əsasən hesablanacaq.
  • Abonent əldə etdiyi mobil telefon cihazının, xüsusən də BlackBerry xidmətləri çərçivəsində sazlanmanı yalnız “Azercell” tövsiyə etdiyi qaydada və şəxslər vasitəsi ilə həyata keçirilməsini təmin edir. Abonent əldə etdiyi mobil telefon cihazı ilə əlaqədar bütün riskləri özü daşıyır. Mobil telefon cihazından, o cümlədən BlackBerry xidmətindən hər hansı səbəbdən 3-cü şəxslərin (cihazın oğurlanması və itirilməsi halları da daxil olmaqla) istifadəsi nəticəsində yaranmış haqqın ödənilməsinə görə Abonent cavabdehlik daşıyır.
  • Abonent istifadə etdiyi nömrədə bir tarif paketindən başqa tarif paketinə və ya tərsinə keçid yalnız cari faktura dövründən sonra mümkün olacaq. Bu qayda BlackBerry xidmətləri daxilində təqdim edilən tariflərə də şamil edilir. Tarif dəyişikliyi “Azercell”in müəyyən etdiyi qaydada aparılır, bununla bağlı hər hansı sual ilə Abonent “Azercell”-in Müştəri Xidmətlərinə müraciət etməlidir. “Abunə” fərdi qaydada, BlackBerry xidmətlərindən və o cümlədən data tarif paketindən imtina etməsi müvafiq Azercell GSM Müqaviləsində nəzərdə tutulan qaydada həyata keçirilə bilər.
Son yenilənmiş bölüm
Zəngimcell
Kampaniyalar
Güzəştli SMS paketləri
Super Bizdən-Bizə

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: