Azercell Bonus
Danış və xal qazan!
Azercell Bonus proqramı sayəsində adi danışıq sizə xal gətirir. Sadəcə Azercell-in təqdim etdiyi xidmətlərdən istifadə edirsiniz və xal toplayırsınız.
Topladığınız xalları isə daha çox ünsiyyət vaxtına dəyişə bilərsiniz!
Xallar nə zaman gəlir?
- SimSim abonentlərinə - danışıq kartı yüklədikdə
- Azercell Fakturalı Xətt abonentlərinə - hesab-faktura ödəmələrini etdikdə
Azercell Bonus proqramına qoşulmaq üçün BONUS sözünü nömrəsinə göndərin, təklif olunan fürsətlərdən yararlanın.![]()
![]()
![]()
![]()
SimSim abonentləri üçün xalların toplanılma qaydası:
| SimSim danışıq kartının nominalı | Qazandırdığı xal |
|---|---|
| 1 AZN | 5 xal |
| 3 AZN | 15 xal |
| 5 AZN | 25 xal |
| 10 AZN | 50 xal |
| 15 AZN | 75 xal |
| 25 AZN | 125 xal |
Fakturalı Xətt abonentləri üçün xalların toplanılma qaydası:
| Ödəmə məbləği | Qazandırdığı xal |
|---|---|
| 1 AZN | 5 xal |
Qazanılmış xallar üzrə balansı öyrənmək üçün BALANS sözünü yazıb, SMS-lə qısa nömrəsinə göndərin.![]()
![]()
![]()
![]()
Əlavə olaraq, Azercell Fakturalı Xətt abonentləri qazanılmış xallar üzrə balansı aylıq hesab-fakturada görə bilərlər.
Danışıq vaxtına
Qazanılmış xalları Azercell tərəfindən təqdim edilən xidmətlərin istifadəsinə sərf olunacaq pul məbləğinə dəyişmək üçün müvafiq olaraq SimSim və ya Fakturalı Xətt abonentləri qısa nömrəsinə AZN və seçdikləri nominalın rəqəmini yazıb göndərməlidir. (Misal üçün: AZN 5, AZN 10 və s.)
![]()
![]()
![]()
![]()
Dəyişdirmə qaydası
SimSim abonentləri
| Dəyişdirilən xalların sayı | 9333-ə göndərilən mesaj | Balansa yüklənən məbləğ |
|---|---|---|
| 500 xal | AZN 5 | 5 AZN |
| 1000 xal | AZN 10 | 10 AZN |
| 1500 xal | AZN 15 | 15 AZN |
| 2500 xal | AZN 25 | 25 AZN |
Azercell Fakturalı Xətt abonentləri
| Dəyişdirilən xalların sayı | 9333-ə göndərilən mesaj | Avans hesabına yüklənən məbləğ |
|---|---|---|
| 1000 xal | AZN 10 | 10 AZN |
| 2000 xal | AZN 20 | 20 AZN |
| 4000 xal | AZN 40 | 40 AZN |
Tariflər:
nömrəsinə göndərilən hər bir istəyin qiyməti Azercell Fakturalı Xətt və SimSim abonentləri üçün 1 qəpikdir![]()
![]()
![]()
![]()
Diqqət!!! 13.09.2011 tarixindən AZERCELL BONUS proqramı çərçivəsində toplanan xallar yalnız danışıq vaxtına dəyişdirilə bilər, digər hədiyyələrin xallar müqabilində verilməsi bu tarixdən etibarən dayandırılıb.
- 15.06.2010 tarixinədək Azercell Bonus proqramına qoşulmadıqda xallar dondurulacaq. Yenidən xal toplamaq və onları dəyişdirmək üçün
BONUSsözünü-ə göndərmək lazımdır.



- Yuxarıda qeyd olunan tarixədək proqram çərçivəsində xallarınızı dəyişdiyiniz halda avtomatik olaraq proqrama qoşulursunuz.
- Kampaniya Azercell Fakturalı Xətt abonentlərinin bütün ödəmə üsulları ilə ödəmələrini, SimSim abonentlərinin isə bütün SimSim danışıq kartlarından yüklədikləri məbləği nəzərə alır. Digər üsullarla yüklənilmiş məbləğ birbaşa abonent tərəfindən müvafiq əməliyyat nəticəsində bir dəfəyə yüklənən məbləğ kampaniyanın müddəti ərzində satışda olan hər hansı SimSim danışıq kartının nominalına bərabər olduqda, kampaniyada nəzərə alınır.
- Xallar bir gün ərzində bir dəfə virtual məbləğə dəyişdirilə bilər.
- Xallar hesab-faktura odənişi edildikdən və ya SimSim danışıq kartı yükləndikdən sonra 24 saat ərzində balansa əlavə olunur.
- Xallar qarşılığında Fakturalı Xətt abonentlərinin avans hesabına oturdulan pul məbləğinin istifadə tarixi limitsizdir və bütün istiqamətlərdə zəng və xidmətlər üçün müvafiq tarifə uyğun istifadə oluna bilər.
- SimSim abonentlərinin yığdıqları xallar qarşılığında yüklənilən məbləğin istifadə müddəti həmin an qüvvədə olan SimSim danışıq kartının istifadə müddətinə uyğundur və bu müddət ərzində istənilən vaxtda, istənilən xidmət üçün istifadə oluna bilər.
- Xallar qarşılığında Fakturalı Xətt abonentlərinin Azercell xidmətlərindən istifadəyə sərf edəcəkləri pul məbləği onların hesabına yalnız avans şəklində oturdulur və nağd pul kimi ödənilmir.
- 13 sentyabr, 2011-ci il tarixindən etibarən toplanan xallar müqabilində verilən qeyri-GSM hədiyyələrin (datakart, iPod, ADSL Internet bağlantısı, Nokia 1680 telefonu, Ali&Nino və İdeal mağazalarında hədiyyə kuponları) verilməsi qaydası dayandırılacaqdır. Toplanan xalların sayından asılı olaraq SimSim abonentləri xalları aidiyyatı 5, 10, 15 və 25 AZN dəyərində virtual danışıq kart(lar)ına, Azercell Faktrualı Xətt abonentləri isə 10, 20 və 40 AZN məbləğində virtual məbləğ(lər)ə dəyişə bilərlər.
- Bonus proqramı çərçivəsində xallara dəyişdirilən məbləğ avans hesabına əlavə edilir. Bu zaman həmin məbləğ ödənilməmiş faktura borcu (ƏDV daxil olmaqla) mövcud olarsa, faktura borcunun müvafiq qisminə silinir, qalıq məbləğ isə avans hesabında qalır. Faktura borcu mövcud olmadıqda cari faktura dövrünün sonunda xallara dəyişdirilən məbləğ ilə birlikdə avans hesabda olan bütün məbləğlər nəzərə alınmaqla, ƏDV tətbiq edilməklə ümumi xidmət haqqı məbləğində faktura kəsilir, bu zamanda qalıq məbləğ olarsa avans hesabda qalır. Avans hesabda mövcud olan məbləğlər eyni qaydada növbəti faktura kəsilən zaman nəzərə alınır.
