Yenilikçi ideyanız var?

İdeyanızı reallaşdırmaq üçün dəstəyə ehtiyacınız var?

Barama layihəsinə qoşulun və ideyanızı reallaşdırın!

Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini dəstək verməkdir. İKT sahəsində reallaşdırmaq istədiyiniz yenilikçi və dəyərli ideyalarınızı aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, Azercell-ə göndərin. Təklif edilən ideyanın dəyərliliyi onun nə dərəcədə yenilikçi, kreativ və sosial-iqtisadi nöqteyi nəzərdən faydalı olmasından asılı olacaq.

Təklif ərizələrinin göndərilməsi üçün son tarix mövcud deyil və təkliflər davamlı olaraq Azercell tərəfindən qəbul ediləcək. Ərizə formanız Azercell-ə daxil olan kimi təklif etdiyiniz ideya təhlil ediləcək və təklifinizin qiymətləndirmə mərhələsi başlanacaq.

Bu mərhələdə ideyanın nə dərəcədə yenilikçi və faydalı olduğu, eləcə də ideya sahibinin öz ideyasını həyata keçirmək üçün hansı bilik və bacarıqlara sahib olduğu müəyyən ediləcək. Nəticədə layihənin tələblərinə ən uyğun ideyalar müəyyən ediləcək və seçim nəticələri Sizə - ideya sahiblərinə bildiriləcək. İdeyanız seçim turunu müvəffəqiyyətlə keçdiyi halda, Sizə Barama layihəsinin iştirakçısı olmaq imkanı veriləcək və Siz layihənin təqdim etdiyi aşağıdakı imkanlardan yararlana biləcəksiniz:

  • Barama ofisində işləmək üçün yer
  • Lazımi ünsiyyət vasitələri, texniki dəstək və avadanlıq
  • Kompüter, yüksək sürətli İnternet
  • Biznes bilik və bacarıqlarınızın təkmilləşdirilməsinə yönəlik tədrislər
  • Azercell-in Marketinq, Finans, Hüquqi İşlər, İT və s. şöbələrinin işçi heyəti tərəfindən texniki yardım və dəstək
  • Baş müdirlik şöbəsinin layihəyə təyin olunmuş komandası tərəfindən dəstək
  • İdeyanızı Azercell avadanlığı üzərində sınamaq imkanı
  • Ehtiyac yarandıqda digər peşəkar yardım

İdeyanızın mürəkkəblik dərəcəsindən asılı olaraq, onun realizasiyası üçün Sizə müəyyən vaxt veriləcək. İdeyanızın inkişaf etdirilərək reallaşdırılması Sizin – ideya sahibinin bilavasitə zəhmət, bilik və bacarıqları, eləcə də Azercell şirkətinin təmin edəcəyi peşəkar dəstək vasitəsi ilə həyata keçiriləcək. İdeyanın müəlliflik hüquqları ideya sahibinə məxsus olacaq və həmin dövr üçün mövcud hüquqi qayda və qanunlar nəzərə alınacaq. Barama layihə ofisində işlərini bitirən iştirakçılar fəaliyyətlərini müstəqil olaraq davam etdirəcək, ofisdə yaranan azad yerlərə isə yeni iştirakçılar cəlb ediləcəklər.

Barama Sizə yaradıcılıq potensialınızı nümayiş etdirmək və ideyanızı həyata keçirmək imkanı yaradır!


İNNOVASİYA TƏKLİF FORMASI

BARAMA İŞTİRAKÇILARINA SUAL
barama_faq_az.doc
Sual-Cavab

Əlavə məlumat üçün əlaqə: barama@azercell.com


Barama ofisinin açılış mərasimindən görüntülər

 

 

Son yenilənmiş bölüm
Zəngimcell
Kampaniyalar
Güzəştli SMS paketləri
Super Bizdən-Bizə

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: