Azercell bonus
Azercell bonus
Qazandığınız xalları əlavə balansa çevirin!
 
 


Bonus proqramı fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Fakturalı xətt abunəçiləri hesab-faktura ödədikdə xallar qazanırlar.

 

Proqrama qoşulmaq üçün bonus yazın, 9333-ə göndərin.

 

Hər ödənilmiş 1 AZN danışıq vaxtı sizə 5 xal qazandırır.

Topladığınız xalların balansını öyrənmək üçün balans yazın, 9333-ə göndərin. 1 SMS=1 qəpik. Bundan başqa, xallar balansını aylıq hesab-fakturada görə bilərsiniz.

 

Xalların balans məbləğinə dəyişdirilməsi
 

Dəyişdirilən xalların sayı

9333-ə göndərilən açar sözü

Avans hesabına yüklənən məbləğ

1000 xal

AZN 10

10 AZN

2500 xal

AZN 25

25 AZN

5000 xal

AZN 50

50 AZN


SimSim abunəçiləri Azercell Bonus Proqramından 01.08.2014-cü il tarixinədək istifadə edə biləcklər. Həmin tarixədək dəyişdirilməyən xallar ləğv olunur.

Qeydlər

  • Xallar bir gün ərzində bir dəfə dəyişdirilə bilər.
  • Xallar 24 saat ərzində balansa əlavə olunur.
  • Xallar qarşılığında fakturalı xətt nömrəsinin avansına oturdulan pul məbləğinin istifadə müddəti limitsizdir. Qazanılan məbləğ bütün istiqamətlərdə zəng və xidmətlər üçün müvafiq tarifə uyğun istifadə oluna bilər.
  • Toplanmış xallar nağd pula çevrilmir və başqa nömrənin balansına köçürülmür.
  • Toplanılan xalların maksimal sayı – 999 999.
  • Topladığınız xallar sayəsində qazanılan məbləğ hesabınıza adi ödəmə əməliyyatı qaydası ilə eyni şəkildə otuzdurulur.

 

Onlayn ödəmə
Our offices
Bizim ofislərimiz