Balans hesabatları
Balans haqqında hesabatlar
 
 
 
 
SimSim abunəçiləri üçün

Siz hər istifadədən dərhal sonra sərf olunmuş vəsait və balansınızda qalan məbləğ haqda məlumat alırsınız.
Digər hesabatlar:

  • Balansınızda olan məbləğ, bu məbləğin son istifadə tarixi və abunəliyin bitməsi tarixi haqda məlumat üçün 1002-yə zəng edin və ya boş SMS göndərin. Həmçinin bu məlumatları telefonun ekranında *111*1*8#YES yığaraq öyrənə bilərsiniz. Xidmət pulsuzdur.
  • Qoşulduğunuz tarif, Rominq xəttiniz və Gizlətcell+ xidmətinin aktiv olub-olmamasını öyrənmək üçün 1005-ə boş SMS göndərin.
  • Danışıq kartının yüklənib-yüklənilməməsi haqda məlumat əldə etmək uçün danışıq kartının 10-rəqəmli seriya nömrəsini 1003-ə göndərin.

 

Qiymət

1002, 1003 və 1005-ə 1 SMS – 2 qəpik.

 

 


Qeydlər

  • Hesabat mesajları dil seçimindən asılı olaraq azərbaycan, ingilis və yaxud rus dillərində daxil olur.
  • Balans haqda daxil olan avto-məlumat telefonunuzun yaddaşında qalmır.
  • Hər istifadədən sonra telefona daxil olan avto-məlumat xidmətini Dinamik IVR, Onlayn xidmətlər və ya Müştəri Xidmətlərinə müraciət edərək deaktiv etmək mümkündür.
     
Fakturalı xətt abunəçiləri üçün

Burada göstərilən vasitələrlə siz faktura borcu, cari borc, avansınızda olan məbləğ və balans haqqında digər məlumatları ala bilərsiniz.

  • 650-yə zəng edin. Səsli təlimata riayət edin və balansınızı dinləyin. Balansınız haqda məlumat, həmçinin SMS ilə telefonunuza daxil olacaq
  • 650-yə boş SMS göndərin
  • *650#YES yığın
  • İnternet səhifəmizin Onlayn xidmətlər bölümünə müraciət edin

 

Balansınız barədə məlumatın digər abunəçilər tərəfindən öyrənilməsinin mümkün olması üçün “+“ isarəsini, məlumatın öyrənilməsinin qarşısını almaq üçün “-“ işarəsini 650-yə göndərin.

 


Qiymət

650-yə 1 SMS - 0.0236 AZN. 

Onlayn ödəmə
Our offices
Bizim ofislərimiz