Balans məlumatı (2112/650)
SimSim abunəçiləri üçün
Fakturasız xətt abunəçiləri balans öyrənmək üçün 2112 qısa nömrəsi zeng edib və ya SMS göndərə bilərlər.
Siz hər istifadədən dərhal sonra sərf olunmuş vəsait və balansınızda qalan məbləğ haqda məlumat alırsınız.
Digər hesabatlar:
- Balansınızda olan məbləğ, bu məbləğin son istifadə tarixi və abunəliyin bitməsi tarixi haqda məlumat üçün 2112-yə zəng edin və ya boş SMS göndərin. 1 SMS qiyməti 0,02 AZN.
- Həmçinin balansınızda olan məbləğ, bu məbləğin son istifadə tarixi və abunəliyin bitməsi tarixi haqda məlumatları telefonun ekranında *111*1*7#YES yığaraq öyrənə bilərsiniz. Xidmət pulsuzdur.
- Qoşulduğunuz tarif, Rominq xəttiniz və Gizlətcell+ xidmətinin aktiv olub-olmamasını öyrənmək üçün 1005-ə boş SMS göndərin.
- Danışıq kartının yüklənib-yüklənilməməsi haqda məlumat əldə etmək uçün danışıq kartının 10-rəqəmli seriya nömrəsini 1003-ə göndərin.
Hazırda fakturasız xətt nömrələri üçün 30 saniyə hesablama intervalı (rominq və qısa nömrələrə edilən zənglər və tarif paketlərinin xüsusi şərtləri istisna olmaqla) təyin edilib. Qanunvericiliyin tələblərinə və riyazi hesablamaya uyğun olaraq, hesablama aparılarkən qəpiyin kəsr hissələri əmələ gələrsə, bu zaman məbləğ tam bir qəpiyədək yuvarlaqlaşdırılmaqla (qəpiyin kəsr hissəsi yarım qəpikdən az olarsa, məbləğ tam qəpiyədək azaldılır, bu hissə yarım qəpiyə bərabər və daha çox olduqda isə məbləğ tam qəpiyədək yuvarlaqlaşdırılır) təqdim edilir.
Qiymət
2112, 1003 və 1005-ə 1 SMS – 2 qəpik.
- Hesabat mesajları dil seçimindən asılı olaraq azərbaycan, ingilis və yaxud rus dillərində daxil olur.
- Balans haqda daxil olan avto-məlumat telefonunuzun yaddaşında qalmır.
- Hər istifadədən sonra telefona daxil olan avto-məlumat xidmətini Dinamik IVR, Onlayn xidmətlər və ya Müştəri Xidmətlərinə müraciət edərək deaktiv etmək mümkündür.
Fakturalı xətt abunəçiləri üçün
Burada göstərilən vasitələrlə siz faktura borcu, cari borc, avansınızda olan məbləğ və balans haqqında digər məlumatları ala bilərsiniz.
- 650-yə zəng edin. Səsli təlimata riayət edin və balansınızı dinləyin. Balansınız haqda məlumat, həmçinin SMS ilə telefonunuza daxil olacaq
- 650-yə boş SMS göndərin
- *650#YES yığın
- İnternet səhifəmizin Onlayn xidmətlər bölümünə müraciət edin
- Fakturalama prosesi hər ayın 4 və 24-u saat 23:00-da başlayır. Bu tarixlərdə göndərilən bütün sorğular növbəti fakturada icra olunur.
Balansınız barədə məlumatın digər abunəçilər tərəfindən öyrənilməsinin mümkün olması üçün “+“ isarəsini, məlumatın öyrənilməsinin qarşısını almaq üçün “-“ işarəsini 650-yə göndərin.
Qiymət
650-yə 1 SMS - 0.0236 AZN.
Qiymətlərə ƏDV daxildir |