Xidmətə qoşulma 03.12.2019 tarixində dayandırılacaq. Mövcud abunəçilər xidmətdən istifadə müddətinin sonuna qədər istifadə edə biləcəklər.
ÜMUMİ MƏLUMAT
Xidmət çərçivəsində siz:
- Qara və ya Ağ siyahıya toplam 99 telefon nömrəsini daxil edə bilərsiniz. Ağ siyahı rejimində yalnız siyahıdakı nömrələrdən gələn zəngləri qebul edəcəksiniz
- Qadağa qoyulmuş nömrədən gələn zənglər barədə SMS-bildirişin alınmasını aktiv edə bilərsiniz
- Ölkədaxili, beynəlxalq, həmçinin gizli, naməlum və müəyyən olunmayan nömrələri idarə edə bilərsiniz
- Abunəliyin avtomatik yenilənməsini təmin edə bilərsiniz
Xidmət standart olaraq Qara Siyahı rejimində 30 gün müddətinə SMS bildirişi funksiyası ilə aktiv olunur.
Zənglərin qarşısını almaq üçün nömrələri dərhal Qara siyahıya daxil edə bilərsiniz. Qara siyahıdakı abunəçi zəng etdikdə müvafiq anons eşidəcək.
Qiymətlər
- Aylıq ödəniş (30 günlük) – 1.18 AZN
- 9303 nömrəsinə göndərilən 1 SMS – 1 qəpik
- Xidmətdaxili əməliyyatlar – pulsuz
Qeyd: Xidmətin çalışmasına yalnız Azercell şəbəkəsi daixlində zəmanət verilir.
KOMANDALAR
Seçdiyiniz komandanı 9303 göndərin:
- aktivet – xidmətə standart abunəlik (30 gün)
- avtomatikyenilenme yandır/sondur – avtomatik yenilənmə (hər 30 gündən bir) funksiyası ilə abunəlik
- deaktivet – xidmətin deaktiv edilməsi
- smsbildiris yandir/sondur – Qara siyahıdakı zənglər üzrə SMS-bildiriş funksiyasını aktiv və ya deaktiv edir
- qarasiyahiniislet – daxil olan zənglər üçün Qara siyahını aktiv edir (Ağ siyahı avtomatik deaktiv edilir)
- qadagaqoy boşluq +994 operator kodu, nömrə – nömrənin Qara siyahıya daxil edilməsi
- qadaganisil boşluq +994 operator kodu, nömrə – nömrənin Qara siyahıdan silinməsi
- qarasiyahi – Qara siyahıya daxil olan nömrələrin göstərilməsi. Siyahı bir SMS-ə yerləşmirsə, bir neçə SMS göndərilir
- agsiyahiniislet – daxil olan zənglər üçün Ağ siyahını aktiv edir (Qara siyahı avtomatik deaktiv edilir)
- icazever boşluq +994 operator kodu, nömrə – nömrənin Ağ siyahıya daxil edilməsi
- icazenisil boşluq +994 operator kodu, nömrə – nömrənin Ağ siyahıdan silinməsi
- agsiyahi – Ağ siyahıya daxil olan nömrələrin göstərilməsi. Siyahı bir SMS-ə yerləşmirsə, bir neçə SMS göndərilir
- clirstatusuver – Gizlətcell/Gizlicell funksiyası aktiv olan nömrələrdən gələn zənglərin qarşısının alınması
- clirstatusunusil – Gizlətcell/Gizlicell funksiyası aktiv olan nömrələrdən gələn zənglərə icazə verilməsi
- clirnomreleri – Gizlətcell/Gizlicell funksiyası aktiv olan nömrələrdən gələn zənglərin filtrdən keçirilməsinin statusu aktiv/deaktiv
- namelumstatusuver – Naməlum və tanınmayan nömrələrdən gələn zənglərin qarşısının alınması
- namelumstatusunusil – Naməlum və tanınmayan nömrələrdən gələn zənglərə icazə verilməsi
- namelumnomreler – Naməlum və tanınmayan zənglərin filtrdən keçirilməsinin statusu (aktiv/deaktiv)
Qiymətlərə ƏDV daxildir |