İnternet paketləri
İnternet paketləri
Yaxşı qiymətə, yüksək sürət!

 
 


 

Artıq günlük 50 MB İnternet paketini cəmi 25 qəpiyə əldə edə bilərsiniz! Bunun üçün, "50" yazıb 2525 qısa nömrəsinə göndərin və təqdim olunan İnternet trafikdən 24 saat ərzində istifadə edin!

 

 

Sizə ən uyğun İnternet paketi seçin və müvafiq açar sözünü 2525-ə göndərin (1 SMS – 1 qəpik).

 

 

Korporativ və Tələbə1-liyi tarifinin abunəçilərinə İnternet paketlərə 20% endirim təqdim olunur.

 

 

İnternet paket

Açar sözü

Paketin qiyməti

30 MB

30

1 AZN

100 MB

100

2 AZN

300 MB

300

3 AZN

1 GB

1000

6 AZN

3 GB

3000

12 AZN

9 GB

9000

18 AZN

18 GB

18000

24 AZN

- Hesablama intervalı – 10 KB

29.11.2013-cü il tarixindən etibarən fakturalı xətt abunəçiləri üçün mobil internet paketlərindən istifadə qaydaları dəyişdirilib.


İnternet paketin istifadə müddəti:

  • Fakturalı xətt abunəçiləri üçün – 30 gün
  • SimSim abunəçiləri üçün – 30 gün


Üstəlik, günlük İnternet paketindən də yararlana bilərsiniz:
 

İnternet paket

Açar sözü

İstifadə müddəti

Paketin qiyməti

50 MB

50

24 saat, avto-yenilənmə ilə

0.25 AZN

500 MB

gun

24 saat

1.20 AZN

500 MB

gun+

24 saat, avto-yenilənmə ilə

1.20 AZN

- Hesablanma intervalı – 10 KB


Qeydlər

  • Günlük  İnternet paketləri gün ərzində bir dəfə sifariş edilə bilər.
  • 50 MB-lıq İnternet paketi sifarış edildikdə və növbəti gün balansda kifayət qədər vəsait olmadıqda, sistem 7 gün ərzində balansın artırılmasını yoxlayır. Balans qeyd olunan müddət ərzində artırılmasa, abunəlik ləğv edilir.
  • 50 MB-lıq İnternet  dərhal ləğv etmək və ya abunəliyi dayandırmaq üçün 2525 nömrəsinə stop 50 yazıb göndərin (1 SMS – 1qəpik).
  • SimSim və fakturalı xətt abunəçilərinə internet-paketi dərhal 30 gün üçün aktiv edilir və bu müddət bitdikdən sonra SimSim abunəçilərinin balansında kifayət qədər vəsait olduqda, abunəlik avtomatik davam etdirilir. Balansda kifayət qədər vəsait olmadıqda, sistem 36 saat ərzində balansın artırılmasını yoxlayır. Fakturalı xətt abunəçiləri üçün isə internet paketi xidmətdən imtina edilməyənədək hər fakturada yenilənir. Nömrənin xətti ikitərəfli bağlı olduqda, sistem 72 saat ərzində abunə xəttinin statusunu yoxlayır. Xətt qeyd olunan müddət ərzində aktiv olunmadıqda, abunəlik ləğv edilir. 
  • İrihəcmli paketlər (1 GB, 3 GB, 9 GB, 18 GB) 30 gündən əvvəl bitdikdə İnternetdən istifadə 30 günlük istifadə müddətinin sonunadək pulsuz olur və paketdən asılı olaraq əlavə trafikə fərqli sürət tətbiq olunur: 1 GB və 3 GB-lıq paketlərdə GPRS sürəti (64 Kbit/s-dək), 9 GB və 18 GB-lıq paketlərdə isə EDGE sürəti (128 Kbit/s-dək). 
  • İnternet trafikin balansını öyrənmək üçün 2525-ə boş SMS göndərmək (1 SMS – 1 qəp.) və ya telefonun ekranında *100#YES yığmaq lazımdır (bu halda məlumat pulsuz təqdim olunur). Fakturalı xətt abunəçiləri paketlərə qoşulduqda balanslarını növbəti faktura dövründən etibarən öyrənə bilərlər. SimSim və fakturalı xətt abunəçiləri İnternet paketlərdən dərhal imtina etmək üçün stop ay yazıb (bu halda abunəçinin balansındakı internet trafiki dərhal ləğv olunacaq), aylıq abunəliyi və ya avto-yeniləmə xidmətini dayandırmaq üçün isə ay- yazıb 2525-ə (1 SMS – 1 qəpik) göndərməlidirlər. Gün və ya Gün+ paketlərindən imtina etmək üçün isə stop gun və ya gun- açar sözünü 2525-ə göndərmək lazımdır.
Ətraflı
  • Təqdim olunan sürət abunəçini qanə etməzsə, o yeni internet paketi sifariş edə bilər, sifariş üçün balansındada kifayət qədər vəsait olmadığı halda isə abunəçi İnternet istifadəsinə göre tarif paketinə uyğun olaraq ödəniş edir. 1 MB - 40 qəpik, GəncSim üçün isə 1 MB - 20 qəpik.
  • Fakturalı xətt abunəçiləri üçün internet-paketinə görə abunə haqqı növbəti fakturada vurulur. Bəzi hallarda abunəçinin fakturasi 31 gündən sonra olduqda, növbəti fakturada iki paketin abunə haqqı vurulur.
  • Sifariş edilmiş mobil İnternet paketləri yalnız sorğuya cavab SMS-i göndərildikdən sonra istifadə oluna bilər.
  • İstifadə edilməmiş İnternet trafiki növbəti aya keçirilmir.
  • Data Kart və Galaxy Tab cihazları ilə bağlı keçirilən kampaniyalar çərçivəsində, yeni şərtlər abunəçinin müvafiq kampaniya şərtinə uyğun kredit dövrü bitəndən sonra növbəti faktura dövründən etibarən tətbiq ediləcək.
  • Bir neçə paketdən eyni vaxtda istifadə etmək mümkün deyil.
  • Müxtəlif kampaniya, aksiyalarda və s. təqdim edilən İnternet trafikinin bitməsindən yaxud istifadə müddətinin bitməsindən əvvəl yeni İnternet paketini sifariş etmək mümkün deyil.
  • Internet paketləri, həmçinin telefonun ekranında *100*sifariş ediləcək paketin nominalı# Yes yığmağla sifarış etmək mümkündür
  • Rominq zamanı (BlackBerry xidməti istifadəçiləri daxil olmaqla) İnternet paketlərindən istifadə haqqı İnternet rominq tariflərə əsasən hesablanır.
  • İnternet paketi üçün ödenilmiş məbləğ, paketdən imtina edilən zaman geri qaytarılmır.
  • BlackBerry telefonlarında (BB10 telefonları xaric) İnternet paketlərindən istifadə etdikdə BBM proqramı çalışmır. Azercell BlackBerry paketlərindən yararlanmaq məsləhət görülür.
Onlayn ödəmə
Our offices
Bizim ofislərimiz