Fakturanın ödənilməsi müddətinin 14 gündən 21 günədək uzadılması
Pulsuz - Gizlətcell, SIM-kart dəyişikliyi və e-İzahlı faktura
Bu proqram 60 və daha çox fakturanı ardıcıl ödəmiş abonentlər üçün həyata keçirilir.
Kredit limitin artırılması sistem tərəfindən avtomatik müəyyən olunur və bu haqda məlumat SMS vasitəsilə göndərilir.
Gizlicell xidmətinin Gizlətcell ilə əvəz olunması Müştəri Xidmətləri və Azercell Ekspres ofislərində həyata keçirilir.
“5 il bizimlə” proqramında iştirak edən nömrə daha sonra “Şirkətim-Tarifim” xidmətinə qoşulacaqsa, proqram nömrədə qüvvədə qalır. “5 il bizimlə” proqramında olmayan abunəçilər isə “Şirkətim-Tarifim” xidmətindən imtina etdikdən yalnız 5 il sonra proqrama qoşula biləcəklər.
Proqram, Azercell tərəfindən müəyyən edilmiş kriteriyalara uyğun nömrələrə şamil edilir.
07.09.2016-cı il tarixindən etibarən, “5 il bizimlə” proqramı çərçivəsində beynəlxalq zənglərə görə tətbiq olunan 20 % endirim ləğv edilir. Bundan sonra “5 il bizimlə” proqramı iştirakçılarına, beynəlxalq zənglərə görə aid olduqları tarif paketlərinin müvafiq tarifləri tətbiq ediləcək.