Press-relizlər

  • 19-08-2017

    Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda

    Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsində müxtəlif idman yarışları üzrə beynəlxalq turnirlərdə iştirak edən və kifayət qədər qələbə qazanan paralimpiyaçılarımız daha bir yarışa hazırlaşırlar. Bu dəfə boccia idman növü üzrə iki idmançımız ilk dəfə olaraq beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək. 4-9 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək turnirdə İngiltərə və Polşa kimi favorit sayılan ölkələr də iştirak edəcək.

    Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin dəstəyi ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı verib.

    Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 21 il ərzində kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi üçün çalışıb və bundan sonra da öz diqqət və qayğısını əsirgəməyəcək.

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.