Press-relizlər

  • 11-07-2017

    Azercell-dən yeni iPhone 7 və iPhone 6S Plus kampaniyaları

    Azercell Telekom MMC yay aylarında da müştərilərini sərfəli kampaniyalarla sevindirməyə davam edir. Belə ki, 11.07.2017-ci il tarixindən etibarən yeni kampaniya çərçivəsində abunəçilər iPhone 7 128GB və iPhone 6S Plus 32GB kimi 4G-dəstəkli smartfonlarını aylıq uyğun olaraq cəmi 99AZN və 85AZN-dən başlayan ödənişlə əldə edə bilərlər. Bu kampaniyaya qoşulmaqla abunəçilər smartfonlarla yanaşı, 5GB-dan başlayan internet paketlərindən istifadə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanırlar.

    Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

    Azercell-in bu yay abunəçilərinə təqdim etdiyi kampaniyalara qoşulun, yeni smartfon, mobil inernet və sərfəli danışıq imkanı qazanın.


    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.