Xəbərlər

  • Azercell Bakutel 2016 sərgisində

    Öz abunəçilərini sərfəli və sürətli internet xidməti ilə təmin edən Azercell Telekom onların həyat şəraitini bir çox aspektlərdə yaxşılaşdırmaq məqsədilə ən son innovasiyaların tətbiqinə əsaslanan strategiyasını davam etdirir. Yeni simsiz, geniş əhatəyə malik xidmətlər Azercell müştərilərinə yaşadıqları yerdən asılı olmayaraq, internet vasitəsilə öyrənmək, işləmək və əyləncəli vaxt keçirməyə imkan yaradacaq.

     

    Bu baxımdan, Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel 2016 sərgi-konfransında, Azercell məmnuniyyətlə stend ziyarətçilərinə yüksək sürətli Mobil İnternetin gücünü nümayiş etdirir. Buraya müxtəlif ağıllı (smart) cihazlar, o cümlədən məlumatların toplanmasına və mübadiləsinə, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsinə, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, və yaxud proqram təminatı ilə təchiz edilmiş intellektual nəqliyyat sistemi ilə təmsil olunmuş Əşyalarıın İnterneti (Internet of Things) daxildir.

     

    Şirkətin geniş stendi üç hissədən ibarətdir və hər bir hissə Mobil Internetin müasir insanın həyatı və asudə vaxtının ayrılmaz hissəsi olduğunu bariz şəkildə nümayiş etdirir.

     

    Daha ətraflı məlumat: https://www.azercell.com/az/news/show/643/