Xəbərlər

  • 2.8.-ci maddə

    Fakturasız (SimSim) xətt və Fakturalı xətt sistemlərinə aid nömrələr ilə əlaqədar abunəçilər ilə “Azercell Telekom” MMC arasında münasibətləri tənzimləyən Abunə Müqavilələrinə aşağıdakı məzmunda 2.8.-ci maddə əlavə edilir. Müvafiq əlavə 8 yanvar 2020-ci il tarixindən etibarən, rəsmi olaraq hüquqi qüvvəyə minərək, həm Fakturasız (SimSim) xətt və Fakturalı xətt sistemlərinə aid nömrələrlə əlaqədar münasibətlərdə tətbiq edilcək:

    “2.8. Telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödənilən vəsaitlərdən, müxtəlif xidmət və malların alınması ilə əlaqədar abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.”

    Eyni zamanda abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 490494902, Fakturalı xətt abunəçiləri (012) 490525265, E- poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən online müştəri xidmətləri) müraciət etməklə əldə etmək imkanına malikdirlər.