Telia Company

Telia Company fərdi insanlara və şirkətlərə ətraf mühitə ziyan vermədən, rahat və effektiv ünsiyyət üçün telekommunikasiya xidmətləri təqdim edir.

Beynəlxalq və yerli xüsusiyyətləri özündə birləşdirməklə nail olduğumuz unikallıq bizə imkan verir ki, Skandinaviya ölkələrindən Nepaladək hər yerdə dünya səviyyəsində yüksək xidmət göstərə bilək. Bunun sayəsində Everestə 3G-ni və bütün dünyaya 4G-ni biz gətirdik.

1850-ci ildə yaranaraq, biz telekommunikasiya sektorunun banisi, mobil rabitənin ixtiracılarılarından və GSM təsisçilərindən biri olduq. Biz təqdim etdiyimiz xidmətlər sayəsində müştərilərimizin hər zaman bir addım öndə olmağını təmin etməkdə qərarlıyıq. 20 ildən az bir müddətdə biz yerli operatorlardan Avropanın 5-ci ən iri operatoruna çevrildik.

Sahəsində lider kimi tanınan Telia Company dünya səviyyəli xidmət göstərən şirkətdir. Telekommunikasiya sektorunda qabaqcıl mövqeyi biz yenilikçi, etibarlı və müştəri yönümlü xidmətlərimizlə əldə etmişik. Fəaliyyət göstərdiyimiz yerdən asılı olmayaraq biz möhkəm dəyərlərimizə və biznes prinsiplərimizə əsaslanaraq, tam məsuliyyətli şəkildə hərəkət edirik. Bizim biznes, təhsil və əyləncə üçün təqdim etdiyimiz həllər insanların gündəlik həyatlarının zənginləşdirilməsinə xidmət göstərir.

Biz Azərbaycan, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Nepal, Norveç, Rusiya, İspaniya, İsveç, Tacikistan, Türkiyə və Özbəkistanda fəaliyyət göstəririk.

Bizim Telia Company dəyərlər toplumuz

Bizim dəyərlərimiz gündəlik işdə hansı tədbirlər görməyimiz və nə cür davranmağımıza dair istiqamət verən kompasdır.

Cəsarət etdiklərimiz

  • Fikirlərlə bölüşərək, riskə gedərək və davamlı şəkildə öyrənərək yeniliklər etmək
  • Müştərilərimizlə sıx əlaqədə olaraq idarə etmək və özümüzü həvəsləndirmək
  • Fikir və problemlərimizi sərbəst ifadə edərək danışmaq


Qayğı göstərdiklərimiz

  • Müştərilərimizə ehtiyaclarını qarşılayacaq həll yollarını təqdim etmək
  • Bir birimizi dəstəkləmək, hörmət etmək və dürüst olmaq
  • ​Dünyamız, məsuliyyətli davranaraq və etik qaydalara riayət edərək


Sadələşdirdiklərimiz

  • İşin icrası, praktik qərarlar qəbul etmək və onları sürətlə həyata keçirmək
  • Komanda işi, şəffaf ünsiyyət, fəal əməkdaşlıq və biliklərimizlə bölüşmək
  • Əməliyyatlarımız, proseslərimiz və iş öhdəliklərimizi  səmərəli yerinə yetirərək