Şirkət haqqında

“Azercell Telekom” MMC  ən çox bazar payı və 5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.

Azercell-in hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.

Azercell 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabr ayının 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri olub.

Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoyub. Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata əsasən, Azercell qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir.


2011-ci ilin maliyyə hesabatları
2012-ci ilin maliyyə hesabatları
2013-cü ilin maliyyə hesabatları
2014-cü ilin maliyyə hesabatları
2015-ci ilin maliyyə hesabatları
2016-cı ilin maliyyə hesabatları
2017-ci ilin maliyyə hesabatları

2018-ci ilin maliyyə hesabatları

2019-cu ilin maliyyə hesabatları

Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi 99,8% təşkil edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

 

Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Radio siqnallarının şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell Telekom” MMC ISO 10002:2014 ,ISO 9001:2015, ISO 14001, IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS), OHSAS 18001 və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.

 

 

Missiya: Yeni nəsil rəqəmsal həllərlə sizi dünyaya bağlamaqdır.

 

Vizyon: Ölkənin müştəri yönümlü və innovativ rəqəmsal həllər təqdim edən lider şirkəti olmaq.

 

STRATEGİYAMIZ:

Ən yaxşı müştəri təcrübəsi təklif etmək!

 

Biz müştərilərlə etibarlı və şəffaf münasibətlər qururuq. Abunəçilərimiz üçün fərdi yanaşma təcrübəsini tətbiq edərək, onların həyatının bir hissəsinə çevrilməyə çalışırıq.

 

Strateji oncəliklər:

 

Əməliyyat effektivliyi: Biz şöbələr arası prosesləri sadələşdirir və bir-birinə uyğunlaşdırırıq.  Məhsul və platformalara investisiya portfelimiz ciddi səmərəlilik meyarları əsasında həyata keçirilir. Fəaliyyətimiz “Ağıllı” meyarlar əsasında dəyərləndirilir.

 

Rəqəmsallaşdırma: Biz həm müştərilərimiz, həm də tərəfdaşlarımızla rəqəmsal kanallar vasitəsilə əlaqə qururuq.  Şirkətdaxili və  şirkətxarici proseslər ən son rəqəmsal həllər vasitəsilə avtomatlaşdırılıb.

 

Dayanıqlı inkişaf: Uzunmüddətli dayanıqlılığa nail olmaq üçün işgüzar fəaliyyətimizi ətraf mühit və cəmiyyətə qarşı məsuliyyətli davranmaqla inkişaf etdiririk.

 

Yeni gəlir mənbələri: Biz əsas fəaliyyət sahəmiz  olan kommunikasiya dünyasında yeni imkanları araşdırırıq. Biz mobil interneti təmin edən məhsullara sərmayə qoyur, tərəfdaşlarımızla birlikdə  Əşyaların İnterneti (IoT) və “Big Data”   sahəsində yeni məhsullar hazırlayırıq.

 

Texnoloji üstünlük: İnfrastrukturumuzu qurarkən ən son texnologiyadan istifadə edirik. Şəbəkələrimiz mobil data üçün qurulub.  Səmərəlilik və etibarlılığı təmin etmək məqsədilə şəbəkə funksiyalarını virtuallaşdırır, Xidmətlərin Baza Birləşməsi (BSS) və şəbəkə dairəsindəki boşluqları aradan qaldırmaq üçün sərmayə yatırırıq.

 

Güclü və məşğul insan kapitalı: Biz işçilərimizə səlahiyyət verir və etibar edirik. Şirkətdaxili mədəniyyətimiz və mühitimiz innovasiya, fərdi liderlik və çevik düşüncə tərzini təşviq edir.