Video Zəng
Video zəng xidməti - Adi zəng qiymətinə həmsöhbətinizin həm səsini eşidin, həm özünü görün!
— Video zəng üçün zəng zamanı telefon menyusunda Video zəngi (Video call) seçin.
— Telefonunuza video zəng daxil olduqda video zəng seçənəyini yalnız video zəngi qəbul etmək istədiyiniz zaman seçin.
— Video zəngi qəbul istəmədiyiniz halda səs seçənəyini (Voice call) seçin. Bu halda yalnız siz həmsöhbətinizi görə biləcəksiniz.
Video zəng xidmətindən istifadə yalnız video zəngi dəstəkləyən telefonlarda mümkündür.
Video zənglərin ödənişi həm abonentin mövcud olan balansından, həm də hədiyyə verilən məbləğdən/dəqiqələrdən həyata keçirilir.
Video zənglər hal-hazırda yalnız ölkə daxilində mümkündür.